Azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı | 1news.az | Xəbərlər
Cəmiyyət

Azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Qafar Ağayev17:06 - 01 / 09 / 2023
Azad edilmiş ərazilərdə ötən ay aşkarlanan minaların sayı açıqlandı

Azərbaycanın Minatəmizləmə Agentliyi (ANAMA) ötən ay ərzində (1-31 avqust ) işğaldan azad edilmiş ərazilərdə aparılmış mina və partlamamış hərbi sursatlardan (PHS) təmizlənmə əməliyyatları barədə məlumat yayıb.

ANAMA-nın mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, ötən ay ərzində Tərtər, Kəlbəcər, Xocalı, Xocavənd, Şuşa, Ağdam, Füzuli, Cəbrayıl, Laçın, Qubadlı, Zəngilanda minatəmizləmə əməliyyatları aparılıb.

Əməliyyatlar zamanı 972 ədəd piyada və 1020 ədəd tank əleyhinə mina, 1121 ədəd partlamamış hərbi sursat (PHS) aşkar olunaraq zərərsizləşdirilib.

Ümumilkidə 5 264, 14 4 ha ərazi yoxlanılıb.

Paylaş:
420

Son xəbərlər

Bütün xəbərlər