Baş katib: “Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir” | 1news.az | Xəbərlər
Siyasət

Baş katib: “Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir”

Qafar Ağayev15:50 - 07 / 09 / 2023
Baş katib: “Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir”

“Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir”.

1news.az xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatının (TDT) Baş katibi Kubanıçbek Ömüraliyev sentyabrın 7-də Prezident İlham Əliyevin qəbulunda olarkən deyib.

O, Türk Dövlətləri Təşkilatının üzv və müşahidəçi dövlətlərinin təbii fəlakət və fövqəladə halların idarə edilməsi üzrə nazirlərinin ikinci görüşünün və “Bakı-2023” beynəlxalq təliminin əhəmiyyətinə toxunub.

K.Ömüraliyev Azərbaycan Prezidentinin Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyi dəstəyi xüsusi qeyd edərək bildirib: “Sizə Türk Dövlətləri Təşkilatının fəaliyyətinə verdiyiniz ardıcıl dəstəyə görə təşəkkürümü bildirmək istəyirəm. Bütün dünyada sürətli dəyişikliklər, həmçinin mühüm hadisələr, qlobal və regional səviyyələrdə çağırışlar türk coğrafiyasında inteqrasiya üzrə əməkdaşlığı daha əhəmiyyətli, xalqlarımızı isə daha yaxın edir. Qardaş türk xalqları arasında münasibətlər böyük strateji əhəmiyyətə və potensiala malikdir. Bu il fevralın 6-da qardaş Türkiyənin ərazisində baş vermiş dağıdıcı zəlzələlər zamanı biz şahidi olduq ki, təkcə dövlətlər deyil, həm də xalqlarımız ayağa qalxdı və qardaş Türkiyəyə görünməmiş həmrəylik nümayiş etdirdi və yardım göstərdi”.

Baş katib təbii fəlakət və fövqəladə hallarla mübarizədə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin səyləri birləşdirməsinin vacibliyinə toxunub.

Paylaş:
384

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər