Ceyhun Bayramov: “Gərgin humanitar vəziyyət barədə iddiaların saxta olduğu sübut edilib”
Azərbaycanın Qarabağ iqtisadi rayonunda gərgin humanitar vəziyyət barədə iddiaların saxta olduğu sübuta yetirilib.
1news.az xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Almaniyanın xarici işlər naziri Annalena Beerbok ilə telefon danışığında deyib.
O vurğulayıb ki, Azərbaycan tərəfindən Beynəlxalq Qızıl Xaç Komitəsi vasitəsilə Ağdam-Xankəndi yolundan və Laçın yolundan yüklərin daşınması üçün sinxronlaşdırılmış istifadənin təşkil edilməsi barədə təkliflərin Ermənistan və yaradılmış qondarma rejim tərəfindən rədd edilməsini humanitar vəziyyət barədə iddiaların saxta olduğunu sübuta yetirir.
356