“Qarabağda həqiqi humanitar böhran olsaydı, heç bir istiqamətdən ərzaq və təchizatdan imtina edilməzdi”- Britaniyalı jurnalist | 1news.az | Xəbərlər
Siyasət

“Qarabağda həqiqi humanitar böhran olsaydı, heç bir istiqamətdən ərzaq və təchizatdan imtina edilməzdi”- Britaniyalı jurnalist

Aynurə Xudaverdiyeva10:17 - 18 / 09 / 2023
“Qarabağda həqiqi humanitar böhran olsaydı, heç bir istiqamətdən ərzaq və təchizatdan imtina edilməzdi”- Britaniyalı jurnalist

“Laçın-Xankəndi yolu və Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı vəziyyəti guya beynəlxalq miqyasda “böhran”a çevirirlər”.

Bu sözləri 1news.az-a açıqlamasına britaniyalı jurnalist, politoloq Neil Vatson deyib. Ekspertin sözlərinə görə, Nikol Paşinyanın yanaşması ardıcıl olaraq qeyri-sabitdir.

“Paşinyan sülh müqaviləsini yekunlaşdırmaqda ciddi deyil və bu da erməni xalqının iradəsini əks etdirir. Mən hesab edirəm ki, Paşinyanın keçmiş bəyanatları və Aİ, ABŞ və Rusiyanın himayəsi altında sülh danışıqlarında iştirakı onun Ermənistan üçün sülhün ən yaxşı son ssenari olduğunu göstərir. Ermənistanın ənənəvi havadarları olan Rusiya və İran sülh müqaviləsi imzalamamağa və əlbəttə ki, Xankəndindəki tanınmamış və qanunsuz rejimin qalıqlarının dağılmasına imkan verməməlidir. Xatırlatmaq da istəyirəm ki, Xankəndində ötən həftə sonu təxribat xarakterli qondarma “seçkilər”in keçirilməsinə icazə verildi. Ermənistan və Paşinyan tamamilə çıxılmaz vəziyyətdədir. Laçın-Xankəndi yolu və Ağdam-Xankəndi yolundan istifadə ilə bağlı vəziyyəti guya beynəlxalq miqyasda “böhran”a çevirirlər. Onlar Xankəndinin mühasirəyə alındığını, insanların aclıqdan öldüyünü iddia edirlər və bu yalan beynəlxalq təşkilatlarda və qərb mediasında öz dəyərini alır, çünki bu, onların altında yatan islamofob və türkofobk həssaslıqlarına uyğundur. Məsələ burasındadır ki, əgər Qarabağda həqiqi humanitar böhran olsaydı, heç bir istiqamətdən heç bir ərzaq və təchizatdan imtina edilməzdi. Onlar bu yükü tutduğu marşruta görə qəbul etmirlər”.

N. Vatsonun sözlərinə görə, Ağdam-Xankəndi yolunun üstünlük təşkil etməsi Azərbaycanın öz suveren ərazisi üzərində nəzarətinin qəbul edilməsindən xəbər verir.

“Paşinyan öz siyasi həyatı üçün mübarizə aparır və Ermənistan çıxılmaz vəziyyətdədir. Rusiya və ya ABŞ-ın ona kömək edəcəyinə dair aldanmış ümidlə hər əlavə gün üçün oynayacaq. İndi Azərbaycanın, insan həyatının müqəddəsliyini və beynəlxalq rəyi nəzərə alaraq, öz ərazisində, öz erməni əhalisini də cəlb etməklə, bu ağrılı vəziyyətlə necə məşğul olacağına qərar verməsinin vaxtı çatıb”.

Paylaş:
591

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər