Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi elan olunub | 1news.az | Xəbərlər
Dünya

Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi elan olunub

13:53 - 02 / 10 / 2023
Fiziologiya və ya tibb üzrə Nobel mükafatının qalibi elan olunub

Bu gün İsveçdə Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatının qalibi elan olunub.

1news.az xəbər verir ki, Fiziologiya və ya tibb sahəsi üzrə mükafat Korolinska İnstitutunun Nobel Assambleyası tərəfindən elan edilib.

Fiziologiya və ya tibb sahəsi üzrə Nobel mükafatına Katalin Kariko və Drew Weissman layiq görülüb. Onlar bu mükafata COVID-19-a qarşı effektiv mRNT peyvəndlərinin hazırlanmasına imkan verən nukleozid bazasının modifikasiyası ilə bağlı kəşflərinə görə layiq görülüblər.

Paylaş:
418

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər