“İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib” | 1news.az | Xəbərlər
Siyasət

“İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib”

12:42 - 12 / 10 / 2023
“İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqini gündəlik həyatımızın reallığına çevirib”

"Bu gün Azərbaycan öz tarixinin ən şərəfli dövrlərindən birini yaşayır. Prezident İlham Əliyevin uzaqgörən siyasəti daimi tərəqqi və yüksəlişi gündəlik həyatımızın reallığına çevirib".

1news.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin oktyabrın 12-də keçirilən xüsusi iclasında çıxışı zamanı deyib.

"Biz əminik ki, cənab İlham Əliyevin müstəsna liderlik keyfiyyətləri, siyasi məharəti və səriştəsi qarşıya qoyulan vəzifələri bundan sonra da uğurla yerinə yetirməyə imkan yaradacaq. Azərbaycan qarşıdakı illərdə daha böyük nailiyyətlərə imza atacaq, dünyanın sayılıb-seçilən dövlətləri sırasında öz yerini daha da möhkəmləndirəcək.

Biz möhtərəm Prezidentə tarixi missiyasını həyata keçirməkdə yeni böyük uğurlar arzulayırıq. Əmin etmək istəyirik ki, cənab İlham Əliyevin bu missiyasını qanunvericilik fəaliyyəti sahəsində dəstəkləmək üçün Milli Məclis öhdəsinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək", - S.Qafarova vurğulayıb.

Qeyd edək ki, parlamentin bugünkü xüsusi iclasında İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsinin 20-ci ildönümü ilə əlaqədar bəyanat qəbul ediləcək.

Paylaş:
374

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər