Ceyhun Bayramov: Torpaqlarımızın geri qaytarılması ölkə siyasətinin ən vacib xətti idi | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov: Torpaqlarımızın geri qaytarılması ölkə siyasətinin ən vacib xətti idi

12:30 - 14 / 10 / 2023
Ceyhun Bayramov: Torpaqlarımızın geri qaytarılması ölkə siyasətinin ən vacib xətti idi

Torpaqlarımızın işğaldan azad olunması, bayrağımızın Şuşada və digər işğal altında olan ərazilərimizdə dalğalanması Ulu Öndər Heydər Əliyevin arzusu, Prezident İlham Əliyevin isə amalı idi.

1news.az APA-ya istinadən xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Prezident İlham Əliyevin prezidentliyinin 20 illiyinə həsr olunmuş “Vətənə, xalqa və dövlətçiliyə misilsiz xidmətinin 20 ili” adlı konfransda çıxışı zamanı deyib.

“Torpaqlarımızın ya sülh, ya da hərb yolu ilə geri qaytarılması ölkə siyasətinin ən vacib xətti idi. Prezident İlham Əliyev Vətən Müharibəsi başlayan zaman xalqa müraciətində bütün dünyanın Qarabağı Azərbayanın ərazisi kimi tanıdığını, büeynəlxalq hüququn bizim tərəfimizdə olduğunu deməsi böyük zəfərə aparan yolun başlağıncı idi”, o deyib.

Nazir deyib ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası, Qarabağın Azərbaycan ərazisi kimi qəbul edilməsi beynəlxalq hüququn bizim yanımıza olması deməkdir.

“Qaçqın və məcburi köçkünlərin öz ata-baba yurdlarına qaytarılması istiqamətində atılan addımlar bu məsələnin daima dövlət siyasətinin diqqətində olmasının göstəricisidir. Eləcə də erməni terrorizmin ifşası Prezident İlham Əliyevin apardığ fövqəladi siyasətin əsas göstəricilərindəndir”, - o əlavə edib.

Ceyhun Bayramov həmçinin qeyd edib ki, Azərbaycanın keçmiş münaqişə istiqamətində apardığı siyasət heç vaxt dəyişməyib.

“Bu siyasət qanunsuz işğal faktının aradan qaldırılması, qaçqın və məcburi köçkünlərin öz yurdlarına qayıtmasını əsas götürüb.
Azərbaycan hər zaman erməni təxribatını lazımi formada cavablayıb, dövlət başçısının rəhbərliyi bu təxribatları ifşa edib”, - nazir vurğulayıb.

Paylaş:
423

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər