Azərbaycanı güc mərkəzinə çevirən 20 illik uğurlu siyasi fəaliyyət | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanı güc mərkəzinə çevirən 20 illik uğurlu siyasi fəaliyyət

09:48 - 16 / 10 / 2023
Azərbaycanı güc mərkəzinə çevirən 20 illik uğurlu siyasi fəaliyyət

Azərbaycanın son 20 ildə qazandığı nailiyyətlər heç şübhəsiz, Prezident İlham Əliyevin milli maraqlara xidmət edən uğurlu siyasi fəaliyyətinin nəticəsidir.

Məhz 20 il əvvəl 2003-cü il, oktyabrın 15-də keçirilmiş seçkilərdə İlham Əliyevi prezident seçməklə Azərbaycan xalqı tərəqqiyə, inkişafa və sabitliyə səs vermiş oldu. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələrdə dayanıqlı inkişaf üçün əsaslı addımlar atıldı. Müstəqilliyimiz və ideoloji dayaqlarımız daha da möhkəmləndirildi. Çoxşaxəli inkişaf strategiyaları uğurla icra olunmağa başladı. Azərbaycanın siyasi, iqtisadi imkanları genişləndirildi. Ölkəmizin beynəlxalq arenadakı mövqeləri daha da möhkəmləndirildi. Azərbaycan MDB məkanında 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına üzv seçilən ilk dövlətdir. 120 ölkənin yekdil qərarı ilə Qoşulmama Hərəkatının sədri kimi BMT-dən sonra ikinci ən böyük təsisatın fəaliyyətinə töhfələr verməkdədir. İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı çərçivəsində, o cümlədən bir çox digər təşkilatlar çərçivəsində uğurlu fəaliyyət davam etdirilir. Hətta üzv olmadığımız təşkilatlarda belə özümüzə dostlar qazana bilmişik. Bu uğurlu siyasətin nəticəsidir ki, bu gün regionda reallaşdırılan bütün beynəlxalq, irimiqyaslı layihələr Azərbaycanın iştirakı və milli maraqlarının nəzərə alınması ilə həyata keçirilir. Çoxşaxəli enerji siyasəti ilə ölkəmiz regional və qlobal əhəmiyyətli aktora çevrilib. Biz artıq özümüzü enerji sahəsində nəhəng transformasiya prosesinin tərkib hissəsi hesab edirik.

Təsadüfi deyil ki, bu gün Azərbaycan beynəlxalq arenada sözü imzası qədər əhəmiyyətli olan tərəfdaş kimi qəbul edilir. Bir çox siyasi xadimlər, dövlət başçıları “müvafiq şəffaf protokollar bir yana, amma əsas bizim üçün İlham Əliyevin sözü yetərlidir. Çünki biz onun sözünə inanırıq. Onun sözü elə onun imzasına bərabərdir” söyləyir.

Məhz peşəkar, milli maraqlara söykənən dövlət idarəçiliyi sayəsində ölkəmizdə siyasi sabitlik təmin olunmuş və gələcək inkişaf üçün zəmin yaradılmışdır. Son 20 ilin mənzərəsi onu deməyə əsas verir ki, İlham Əliyev Azərbaycan siyasi sisteminə mütərəqqi, milli məqsədlərə xidmət edən uğurlu siyasi fəaliyyət nümunəsi gətirdi. Ən böyük uğurlarımızdan biri Ali baş komandanın təhdid yarada biləcək tendensiyaların qarşısını vaxtında alması oldu. Bu, gərgin geosiyasi şəraitdə, toqquşmalar fonunda xalqımızı etnik, siyasi və ideoloji qarşıdurmalardan qorudu və bu gün də qorumaqdadır.

Milli maraqlar, peşəkarlıq və prinsipial mövqe son 20 ildə ölkəmizin inkişafını təmin edən əsas amillərdir.

Prezident İlham Əliyevin rəhbərliyi altında neft kapitalının insan kapitalına çevrilməsi Azərbaycanın gələcək inkişafını təmin etdi. Heç şübhəsiz, gənclərin potensialından səmərəli istifadə olunması müasir, müstəqil Azərbaycanın intensiv inkişafını təmin edən fundamental faktorlardan biridir. Prezident İlham Əliyevin gənclərin potensialının gerçəkləşməsinə, onların vətənpərvər, savadlı kadr kimi yetişməsinə yönələn qərarları dövlətin uzaqgörən siyasətinin göstəricisidir. Yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər ölkənin ictimai-siyasi həyatında əsas gücə çevirilib.

Bu illər ərzində həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi-siyasi inkişafı ilə yanaşı, hərbi-müdafiə qüdrətini də gücləndirdi, 30 illik işğala son qoyulması üçün zəmin yaratdı. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin bir hədəfi var idi – işğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi və Azərbaycanın bütün sərhədləri boyunca bayrağımızın dalğalanması. Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyinin ilk illərindən atılan hər addım Azərbaycanı Qarabağın azadlığına yaxınlaşdırırdı. Son 20 ildə Azərbaycanda ordu quruculuğu istiqamətində həyata keçirilən tədbirlər, silahlı qüvvələrin hərbi hazırlıq səviyyəsinin artırılması ilə bağlı görülən işlər Qarabağ münaqişəsinin, Cənubi Qafqazda “status-kvo”nu dondurmaq istəyənlərin planlarını alt-üst etdi. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü nəticəsində Zəfərlə sona çatdı. Müzəffər Ali Baş Komandan İlham Əliyev Prezident kimi 17 illik gərgin əməyinin nəticəsində Azərbaycanı ərazi bütövlüyünə qovuşdurdu, xalqımızı dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanıtdı. Müzəffər Ali baş Komandan, Prezident İlham Əliyev üçün isə bu böyük qələbə özünün də söylədiyi kimi, “dövlət başçısı kimi həyatının, siyasi həyatının missiyası idi”.

Müharibənin başa çatmasından ötən 3 ilə yaxın müddətdə isə Azərbaycan həm ərazi bütövlüyünü, həm də suverenliyini tam təmin etdi. 44 günlük Vətən müharibəsində qazandığımız Qələbə müstəqillik tariximizin ən parlaq səhifəsinə çevrildi.

Böyük qələbədən sonra prioritetlər sırasına işğaldan azad edilən ərazilərin yenidən qurulması, soydaşlarımızın öz yurd-yuvalarına qayıtması, onların təhlükəsiz və firavan həyat şəraitini təmin etmək dayanır. Böyük Qayıdış strategiyasına əsasən, işğaldan azad olunmuş ərazilər ümumən regionun yeni inkişaf modelinə çevrilməkdədir.

“Qarabağı və Zəngəzuru yenidən quracağıq. Bu, bizim milli ideyamızdır” –deyən Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu ərazilərə etdiyi səfərlər zamanı biz milli ideyamızın uğurla reallaşdığının şahidi oluruq. Prezident İlham Əliyevin də söylədiyi kimi, dirçələn Qarabağ, dirçələn Şərqi Zəngəzur bizim gücümüzü göstərir və onu göstərir ki, biz istədiyimizə, bütün hədəflərə hər zaman nail oluruq. Prezident İlham Əliyevin 20 illik fəaliyyəti bir daha göstərir ki, mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq, liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir.

Paylaş:
473

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər