Milli Məclis Prezident və Birinci xanımı təbrik edib
Sabah biz Müstəqilliyin bərpası Gününü qeyd edəcəyik”.
1news.az APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin sədri Sahibə Qafarova deyib.
Sədr bildirib ki, bu çox tarixi gündür: “ötən əsrin 90-cı illərinin əvvəlləri ölkəmizin ağır günlərdən keçdiyi dövrdür: “O vaxtki iqtidar q il ərzində ölkədə gərginliyi artırırdı. Bu illərdə Qarabağı itirdik. Taleyin hökmü ilə bu dəfə Heydər Əliyev fenomeni dövlət müstəqilliyimizin itirilməsinə yol vermədi. O, Azərbaycanın siyasi varlığını qoruyub saxlaya bildi”. Ümummilli lider Heydər Əliyevin xalq və vətən naminə fədakarlığının nişanəsi bugünkü güclü Azərbaycandır. Onun bu binada gördüyü tədbirlər, atdığı addımlar parlamentarizm tariximizin şanlı səhifələrini təşkil edir. Dövlət idarəçiliyi sistemi təkmilləşdirilmiş, birinci vitse-prezident institutu təşkil edilib. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə torpaqlarımızın işğaldan xilas edilməsi Azərbaycanın qarşısında yeni inkişaf istiqamətləri açıb. Oktyabrın 15-də Prezident İlham Əliyev tərəfindən Xankəndidə, Ağdərədə Xocalıda Azərbaycan bayrağını ucaldılması xalqımızın qürurlu günlərindən biri idi. Düşmən üzərində qazanılan qələbə ulu öndərin 100 illik yubilieyinə ən böyük töhfə oldu. Dövlət Başçısı Xankəndidə çıxışında da separatçılara öz mesajını verdi. Mən təklif edirəm ki, Müstəqilliyin bərpası günü münasibətilə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təbrik məktubları ünvanlayaq”.
Təklif qəbul edilib.