Bəhreynin kralı Azərbaycan liderinə təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Rəsmi

Bəhreynin kralı Azərbaycan liderinə təbrik məktubu göndərib

17:04 - 18 / 10 / 2023
Bəhreynin kralı Azərbaycan liderinə təbrik məktubu göndərib

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident!

Azərbaycan Respublikasının Müstəqilliyinin Bərpası Günü münasibətilə öz adımdan və Bəhreyn Krallığının xalqı adından Zati-alinizə ən səmimi təbriklərimizi və xoş arzularımızı çatdırmaqdan məmnunluq duyuram.

Uca Allahdan Sizə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan xalqına davamlı tərəqqi və firavanlıq arzu edirəm.

Zati-alinizə ən yüksək ehtiramımı bildirirəm".

Paylaş:
435

Son xəbərlər

Bütün xəbərlər