Ceyhun Bayramov İƏT-in növbədənkənar iclası üçün Səudiyyə Ərəbistanına yola düşüb | 1news.az | Xəbərlər
Siyasət

Ceyhun Bayramov İƏT-in növbədənkənar iclası üçün Səudiyyə Ərəbistanına yola düşüb

09:24 - 18 / 10 / 2023
Ceyhun Bayramov İƏT-in növbədənkənar iclası üçün Səudiyyə Ərəbistanına yola düşüb

Oktyabrın 18-də xarici işlər naziri Ceyhun Bayramov Səudiyyə Ərəbistanı Krallığının Ciddə şəhərinə səfər üçün yola düşüb.

1news.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nazir İsrail-Fələstin münaqişə zonasında baş verən son hadisələr ilə bağlı İslam Əməkdaşlıq Təşkilatının (İƏT) İcraiyyə Komitəsinin nazirlər səviyyəsində keçiriləcək növbədənkənar iclasında iştirak edəcək.

Səfər çərçivəsində nazir Ceyhun Bayramovun tədbirdə çıxışı və ikitərəfli görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Paylaş:
327

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər