Azərbaycanla Çin korrupsiya və rüşvətxorluğa qarşı birgə mübarizə aparacaq | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycanla Çin korrupsiya və rüşvətxorluğa qarşı birgə mübarizə aparacaq

11:09 - 20 / 10 / 2023
Azərbaycanla Çin korrupsiya və rüşvətxorluğa qarşı birgə mübarizə aparacaq

Çinə işgüzar səfəri çərçivəsində Baş prokuror Kamran Əliyev Çin Kommunist Partiyası Mərkəzi İntizam Komissiyasının və Milli Müşahidə Komissiyasının üzvü Vanq Hongjinlə görüşüb.

Bu barədə 1news.az-a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Görüşdə iki dövlət və xalq arasında olan dostluq və əməkdaşlıq əlaqələrinin yüksək səviyyəsindən məmnunluq ifadə olunub.

Vanq 2008-ci ildə Çinin Siçuan əyalətində baş vermiş dəhşətli zəlzələdən sonra Azərbaycan Prezidenti tərəfindən dövlət büdcəsi hesabına yeni məktəbin inşasını minnətdarlıq hissi ilə xatırladığını qeyd edib.

Kamran Əliyev Çinin Milli Müşahidə Komissiyası tərəfindən Təmiz İpək Yolu Forumunun yüksək və peşəkar səviyyədə təşkil olunması və uğurlu keçirilməsi münasibətilə həmkarını təbrik edib.

Baş prokuror ölkəmizdə dövlət başçısı cənab İlham Əliyevin siyasi iradəsinə və öncül beynəlxalq təcrübəyə əsaslanan antikorrupsiya islahatları barədə Vanq Honjini məlumatlandırıb.

Tərəflər ölkələrimiz arasında korrupsiya və rüşvətxorluğa qarşı mübarizə, sahibkarlıq fəaliyyətində şəffaf biznes iqliminin və rəqabətliliyin təmin olunması sahəsində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.

Görüşdə ölkəmizin Çindəki fövqəladə və səlahiyyətli səfiri Bünyad Hüseynov iştirak edib.

Nümayəndə heyətinin Çinə səfəri başa çatıb.

Paylaş:
273

Son xəbərlər

Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcəkBu gün, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56
Bütün xəbərlər