Azərbaycan XİN Qazaxıstana başsağlığı verib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

14:29 - 28 / 10 / 2023
Azərbaycan XİN Qazaxıstana başsağlığı verib

Azərbaycan Xarici İşlər Nazirliyi Qazaxıstan hökumətinə Karaqanda vilayətindəki şaxtada baş vermiş yanğın nəticəsində çox sayda insanın həlak olması ilə bağlı başsağlığı verib.

1news.az xəbər verir ki, bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında paylaşım edilib.

“Qazaxıstanda mədən sahəsində baş vermiş yanğının faciəvi nəticələri bizi dərindən kədərləndirir. Düşüncələrimiz və dualarımız kədərli ailələr, qardaş xalq və Qazaxıstan hökuməti ilə birlikdədir. Azərbaycan dəhşətli faciədən sonra Qazaxıstanın yanındadır”,- paylaşımda qeyd olunub.

Paylaş:
512

Son xəbərlər

Göyçayda yanğın olub

25 / 03 / 2026, 16:50

Xəzərdə zəlzələ olub

25 / 03 / 2026, 14:19
Bütün xəbərlər