Ərdoğan: Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik | 1news.az | Xəbərlər
Siyasət

Ərdoğan: Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik

18:07 - 28 / 10 / 2023
Ərdoğan: Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik

“Biz Qarabağda, Liviyada hansı mövqedəyiksə, Yaxın Şərqdə də eyniyik”.

1news.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğan İstanbulda keçirilən “Böyük Fələstin Mitinqi”ndə çıxışı zamanı bildirib.

O, Qərbi yeni müsəlman-xristian qarşıdurmasını yaratmağda ittiham edərək, Qəzzada insanların ölümündə də məhz Qərbin günahkar olduğunu vurğulayıb:

“Rusiya-Ukrayna mharibəsində ölənlər üçün timsah göz yaşı tökənlər Qəzzada ölən uşaqlar üçün səsini çıxarmır. Biz Krımdan Qarabağa, Bosniyadan Kərkükə, Fələstindən Türküstana qədər bir çox çoğrafiya üçün göz yaşı tökmüşük”.

Ərdoğan, həmçinin HƏMAS-ın terror təşkilatı olmadığına dair açıqlamasının gözlənilən olduğunu əlavə edib.

Paylaş:
495

Son xəbərlər

Bütün xəbərlər