Prezident Koreya Respublikasının Ticarət və Sənaye Palatası sədrini qəbul edib - YENİLƏNİB | 1news.az | Xəbərlər
Rəsmi

Prezident Koreya Respublikasının Ticarət və Sənaye Palatası sədrini qəbul edib - YENİLƏNİB

13:40 - 06 / 11 / 2023
Prezident Koreya Respublikasının Ticarət və Sənaye Palatası sədrini qəbul edib - YENİLƏNİB

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az xəbər verir ki, Çey Tae-von ölkəmizdə sonuncu dəfə 12 il əvvəl olduğunu qeyd edərək, ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda baş verən inkişaf proseslərinin və qazanılan nailiyyətlərin onda dərin təəssürat oyatdığını dedi, bununla bağlı təbriklərini çatdırdı. Qonaq Azərbaycan ilə Koreya Respublikası arasında müxtəlif istiqamətlərdə iqtisadi əməkdaşlıq imkanlarını qeyd etdi.

Xüsusilə işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasının tətbiqi ilə bağlı Koreya Respublikası şirkətinin təcrübəsi, Azərbaycanın zəngin bərpaolunan enerji potensialının reallaşdırılması, həmçinin ölkəmizin böyük mineral ehtiyatları, informasiya-kommunikasiya texnologiyaları, təhsil və insan kapitalının inkişafı sahələrində əməkdaşlıq məsələləri müzakirə olundu. Ölkələrimiz arasında turizm əlaqələrinin genişləndirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

Qeyd edək ki, 1953-cü ildə təsis olunan və baş ofisi Seul şəhərində yerləşən “SK Group” Koreya Respublikasının ikinci ən böyük şirkətlər qrupudur. Şirkətin ötənilki gəliri 150,9 milyard, aktivlərinin həcmi isə 246,9 milyard ABŞ dollarıdır. Qlobal miqyasda törəmə şirkətlərinin və filiallarının sayı 512, dünya üzrə əlaqəli şirkətlərinin sayı isə 198 olan “SK Group”un müxtəlif ölkələrdə 100 mindən çox işçisi var. Şirkət energetika və kimya, informasiya-kommunikasiya texnologiyaları, yarımkeçiricilər və qabaqcıl materiallar, logistika, xidmətlər, biosəhiyyə və əczaçılıq istiqamətlərində fəaliyyət göstərir.

12:08

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 6-da Koreya Respublikasının Ticarət və Sənaye Palatasının və “SK Group” şirkətlər qrupunun sədri Çey Tae-vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

1news.az-ın xəbərinə görə, bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat Xidməti yayıb.

Paylaş:
528

Son xəbərlər

AFFA nümayəndəsi “Mançester Siti”nin oyununa təyinat aldıBu gün, 10:32Azərbaycan və Braziliya arasında turizm əlaqələri müzakirə olunub - FOTOBu gün, 10:12Bu gündən bəzi məktəblərdə dərslər başlayıbBu gün, 09:41AMB günün valyuta məzənnəsini açıqladıBu gün, 09:20Paytaxt yollarında vəziyyət necədir? - NİİM açıqladıBu gün, 09:17Leyla Əliyevanın iştirakı ilə Bakıda növbəti ağacəkmə aksiyası keçirilib22 / 11 / 2024, 18:02Bloomberg: SOCAR Türkiyədəki qazpaylayıcı şəbəkəsini satmaq üçün danışıqlar aparır22 / 11 / 2024, 17:40Trendyol COP29-da - Şirkət 2023-cü il üzrə Dayanıqlılıq Hesabatını təqdim etdi - FOTO22 / 11 / 2024, 17:37COP29 Sədrliyi bəyanat yayıb - Maliyyənin artırılması ilə bağlı çağırış22 / 11 / 2024, 17:27İsrailli nazir Albert Aqarunovun məzarını ziyarət edib22 / 11 / 2024, 17:15İlk gündəki kimi izdiham, önəmli görüşlər – COP29-un son günündən FOTOREPORTAJ22 / 11 / 2024, 17:13Dövlət başçısı: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq22 / 11 / 2024, 17:07Prezident: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb22 / 11 / 2024, 16:52İlham Əliyev ICAPP 12-ci Baş Assambleyasının iştirakçılarına müraciət ünvanlayıb22 / 11 / 2024, 16:39Azərbaycan və Almaniya XİN başçıları görüşüb22 / 11 / 2024, 16:24Fərid Əhmədova III dərəcəli dövlət ədliyyə müşaviri ali xüsusi rütbəsi verilib22 / 11 / 2024, 16:19Azərbaycanın təşəbbüsü ilə ilk dəfə Qlobal Cənub QHT Platforması yaradılır22 / 11 / 2024, 15:56Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaq22 / 11 / 2024, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənir22 / 11 / 2024, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdi22 / 11 / 2024, 15:37
Bütün xəbərlər