Mövlud Çavuşoğlu Zəfər Günü ilə bağlı paylaşım edib | 1news.az | Xəbərlər
Siyasət

Mövlud Çavuşoğlu Zəfər Günü ilə bağlı paylaşım edib

13:48 - 08 / 11 / 2023
Mövlud Çavuşoğlu Zəfər Günü ilə bağlı paylaşım edib

“Qarabağı işğaldan azad edən Can Azərbaycanın böyük zəfərinin üçüncü ildönümünü qürur və coşqu ilə təbrik edirik”.

1news.az xəbər verir ki, bunu Türkiyənin keçmiş xarici işlər naziri, Türkiyənin NATO Parlament Assambleyasındakı (PA) nümayəndə heyətinin rəhbəri, Türkiyə Böyük Millət Məclisinin deputatı Mövlud Çavuşoğlu 8 Noyabr- Zəfər Günü münasibətilə “X” hesabında yazıb.

O, Azərbaycan dövləti və xalqını təbrik edib: “Əziz şəhidlərimizi rəhmətlə anıram. Qəhrəman hərbçilərimizə, qazilərimizə minnətdarıq. Tək millət, iki dövlət olaraq hər zaman Azərbaycanın yanındayıq”.

Paylaş:
259

Son xəbərlər

Bütün xəbərlər