Kamaləddin Qafarov: “8 noyabr Zəfəri- Azərbaycanın qürur və şərəf dastanıdır” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “8 noyabr Zəfəri- Azərbaycanın qürur və şərəf dastanıdır”

19:58 - 08 / 11 / 2023
Kamaləddin Qafarov: “8 noyabr Zəfəri- Azərbaycanın qürur və şərəf dastanıdır”

“Üç il bundan öncə Azərbaycan 30 il həllini gözləyən münaqişəni cəmi 44 günə həll etdi. 2020-ci il sentyabrın 27-də başlamış Vətən müharibəsi noyabr ayının 8-də Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu Şuşanı azad etməklə bütün Qarabağın və ətraf rayonların işğalına, bütövlükdə qondarma “Dağlıq Qarabağ” münaqişəsinə birdəfəlik son qoydu.

Şuşanın azad olunmasından iki gün sonra, noyabr ayının 10-da imzalanmış məlum Bəyannamə ilə təkcə Qarabağ münaqişəsinə deyil, ümumiyyətlə Azərbaycan ərazisində ikinci erməni dövlətinin yaradılması ilə bağlı bütün arzu və planlara birdəfəlik rədd etdi.”

Bu sözləri mətbuata açıqlamasında Azərbaycan Milli Məclisinin deputatı Kamaləddin Qafarov deyib.

K.Qafarov bildirib ki, həmin vaxt bəziləri hərbi əməliyyatların 10 noyabrda dayandırılmağını dəstəkləmir, Xocalıya, Xankəndiyə, Xocavəndə niyə girmədiyimizi dönə-dönə sual edirdilər. “Budur, Qələbəmizin üçüncü ili tamam olmamış Azərbaycan bayrağı artıq Qarabağın və Şərqi Zəngəzurun istisnasız olaraq bütün ərazilərində qürurla dalğalanır. Bu il oktyabrın 15-də Ağdərə, Xocalı, Xankəndi, Xocavənd şəhərlərində, eləcə də bir çox digər ərazilərdə Azərbaycan Respublikasının Dövlət Bayrağını şəxsən qaldıran Prezident İlham Əliyev bir daha hər kəsə bildirdi ki, hər işi öz vaxtında görmək lazımdır. Bütün istiqamətlərdə qazanılan uğurların, əldə edilən nailiyyətlərin nəticəsi olaraq işğal altında olan torpaqlarımız düşməndən azad edildi və Azərbaycanın bütün sərhədləri boyunca müqəddəs üçrəngli bayrağımız dalğalandı.”

Deputat vurğulayıb ki, Vətən müharibəsində əldə olunmuş qələbə effektiv ordu quruculuğu işinin və iqtisadi inkişafın nəticəsidir: “30 ilə yaxın dövr ərzində Azərbaycan danışıqlar masasında prinsipiallıq göstərərək, eyni zamanda, güclü ordu yaradırdı. Ordu quruculuğu hər zaman cənab Prezident İlham Əliyevin dövlət siyasətinin prioritet istiqaməti olub. Vətən müharibəsində tarixi Qələbəni əldə etmək üçün həm ölkə daxilində həm də beynəlxalq müstəvidə böyük hazırlıq işləri həyata keçirilib. Ordunun döyüş qabiliyyəti möhkəmləndi, yüksəldi, ordumuz müasir silah-sursat, texnika ilə təchiz edildi. Bir ölkədən asılı olmamaq üçün hərbi texnika bir çox mənbələrdən alındı. Bütün bunlar və əlbəttə ki, Azərbaycanın Vətən müharibəsində qələbəsini təmin edən ən vacib amillərdən biri, ölkəmizdə xalqın öz Prezidentinə olan sonsuz inamı əsasında formalaşmış xalq-iqtidar birliyi, milli həmrəyliyimiz bizi bu Zəfər gününə gətirib çıxardı. Azərbaycan Prezidentinin polad iradəsi, Azərbaycan Ordusunun yenilməz gücü və Azərbaycan xalqının sarsılmaz birliyi tarixi Qələbəni təmin etdi. Bu ilin sentyabr ayında isə cəmi 23 saat davam edən antiterror

əməliyyatı Azərbaycanın gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bununla da Azərbaycan bütün ölkə ərazisində tam suverenliyini bərpa etdi. Bu gün xalqımız haqlı olaraq ölkənin Silahlı Qüvvələri ilə fəxr edir. Artıq oktyabr ayının 15-də Xankəndidə Azərbaycanın Dövlət Bayrağını qaldıran möhtərəm dövlət başçımızın dediyi kimi, təkcə ölkəmizin vətəndaşları deyil, dünyada yaşayan on milyonlarla soydaşımız Azərbaycan əsgəri və zabiti ilə, Azərbaycan dövləti ilə haqlı olaraq fəxr edir.”

K.Qafarov qeyd edib ki, Azərbaycan heç zaman müharibə başlamaq niyyətində olmayıb və yalnız 30 il davam edən beynəlxalq riyakarlıq qarşılığında bu addımı atmaq məcburiyyətində qalıb: “Azərbaycan heç zaman müharibə tərəfdarı olmayıb. Lakin 30 il ərzində dünya birliyi, beynəlxalq təşkilatlar münaqişənin sülh yolu ilə həlli, Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində bircə real addım belə atmadılar. Həm işğalçıya, həm də işğala məruz qalmış tərəfə eyni münasibət bəslənildi və beynəlxalq qətnamələr kağız üzərində qaldı. Hətta dünyanın ən nüfuzlu beynəlxalq təşkilatı sayılan BMT də işğalçı Ermənistana təzyiq göstərməkdə acizlik nümayiş etdirdi və tərəfləri sülhə çağıran bəyanatlarla kifayətləndi. BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi isə 27 il kağız üzərində qaldı və icra olunmadı. Ermənistanın aramsız davam edən təxribatçı addımları, bəyanatları, hərəkətləri müharibəni qaçılmaz etdi və II Qarabağ savaşının başlanması tarixi zərurətə çevrildi. Azərbaycan son anadək münaqişənin sülh yolu ilə həllinə nail olmaq üçün bütün imkanları sınadı. Bu, əlbəttə ki, dövlətimizin və Azərbaycan Prezidenti cənab İlham Əliyevin humanistliyindən, insansevərliyindən irəli gələn bir hal idi. Lakin nə Ermənistan, nə də onun havadarları bu şansı düzgün dəyərləndirə bilmədilər. Sonda Azərbaycan özünün bütün ölkə ərazisində tam suverenliyini təmin etdi. Bununla da illərlə həllini gözləyən münaqişə başa çatdı və bütün dünya Cənubi Qafqazın yeni reallıqlarını qəbul etməli oldu”

Paylaş:
242

Son xəbərlər

Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşübBu gün, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilirBu gün, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırırBu gün, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıbBu gün, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olunduBu gün, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilibBu gün, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənibBu gün, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEOBu gün, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığıBu gün, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıbBu gün, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunubBu gün, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoyduBu gün, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdiBu gün, 15:00COP29-da aksiya keçirildi - FOTOBu gün, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDIBu gün, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİBBu gün, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcəkBu gün, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcəkBu gün, 13:19Azərbaycanda zəlzələ olubBu gün, 12:56Yağış, duman, külək - Bazar gününün havası açıqlandıBu gün, 12:39
Bütün xəbərlər