AFFA-nın baş katibi: “1-2 ay ərzində millinin baş məşqçisi ilə bağlı məsələ həllini tapacaq”
"Düşünürəm ki, yaxın 1-2 ay ərzində millinin baş məşqçisi ilə bağlı məsələ həllini tapacaq".
1news.az "Report"a istinadən xəbər verir ki, bu barədə AFFA-nın baş katibi Sərxan Hacıyev jurnalistlərə müsahibəsində deyib.
Funksioner hazırda bu yöndə yeniliyin olmadığını bildirib: "Növbəti oyunumuz martda olacaq, o da yoldaşlıq görüşü xarakteri daşıyacaq. Həmin qarşılaşmadan bir neçə ay öncə baş məşqçi məsələsinin həllini tapması məqsədəuyğun olardı".
Milli assosiasiya rəsmisi İcraiyyə Komitəsinin iclasında müxtəlif fikirlərin səsləndirildiyini də diqqətə çatdırıb: Azərbaycanlı mütəxəssislərə üstünlük verilməsi haqqında fikir bildirənlər də oldu. Bunun üçün işçi qrupu yaradılacaq. Orada həm İcraiyyə Komitəsi üzvləri, həm də kənardan mütəxəssislər cəlb olunacaq. Baş məşqçi postuna namizədlər təklif olunacaq, sonda komitədə müzakirəyə çıxarılacaq".
Qeyd edək ki, Canni De Byazi bu gün Azərbaycan millisi ilə vidalaşıb.