Azərbaycanda bölgələrin sosial-iqtisadi inkişafı – Prosesi sürətləndirmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH | 1news.az | Xəbərlər
İqtisadiyyat

Azərbaycanda bölgələrin sosial-iqtisadi inkişafı – Prosesi sürətləndirmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Qafar Ağayev12:43 - 24 / 11 / 2023
Azərbaycanda bölgələrin sosial-iqtisadi inkişafı – Prosesi sürətləndirmək üçün hansı addımlar atılmalıdır? - ŞƏRH

Prezident İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz beynəlxalq arenada böyük nüfuza sahibdir.

Xüsusilə də Vətən müharibəsində Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi bölgə üçün yeni imkanlar yaratdı. Qısa müddət ərzində azad olunmuş ərazilərimizdə bərpa işlərinə başlanılıb, artıq azad olunmuş ərazilərimizə köç başlayıb. İnkişaf yoluna qədəm bütün ölkələrdə olduğu kimi Azərbaycanda investisiya layihələri həyata keçirilir. Bütün bunlarla yanaşı regionların sosial-iqtisadi inkişafı da önəmlidir. Bu istiqamətdə Azərbaycanda kifayət qədər işlər görülür, bununla bağlı dövlət proqramı da var. Əgər inkişafdan danışırıqsa, görülən işlər, investisiya layihəri Bakı və digər böyük şəhərlərlə məhdudlaşmamalıdır. Bölgələrimizin bütün potensialından istifadə etmək eyni zamanda əmək bazarında müsbət təsir edəcək. Dünyanın bir çox yerlərində regionların inkişaf etdirilməsi üçün müxtəlif addımlar atılır. Elə Azərbaycanda da bu istiqamətdə tədbirlər var. Buna misal olaraq, azad olunmuş ərazilərimizdə fəaliyyət göstərən sahibkarlara güzəşti göstərə bilərik. Belə ki, qanunvericiliyə edilmiş dəyişikliklə həmin ərazilərdə fəaliyyət göstərən sahibkarlar ödədikləri məcburi dövlət sosial sığorta haqlarını dövlət büdcəsi hesabına subsidiya vasitəsilə geri ala biləcəklər. Bu və bunun kimi addımlar bölgələrimizin sosial-iqtisadi inkişafına töhfə verən amillərdəndir.

Bəs Azərbaycanda regionların sosial-iqtisadi inkişafı ilə bağlı layihələr necə icra olunur? Bu sahədə hansı işlər görülməlidir?

Məsələ ilə bağlı 1news.az-a danışan Milli Məclisin deputatı Vüqar Bayramov deyib ki, regionların sosial-iqtisadi inkişafı prioritet məsələlərdəndir.

“Burada məqsəd həm də balanslı iqtisadiyyatı gücləndirməkdir. Nəzərə alsaq ki, Azərbaycanda dayanıqlı iqtisadi inkişaf var, bu inkişaf kontekstində xüsusən də son illərin nəticəsi göstərir ki, ümumi daxili məhsuldakı artım qeyri-neft sektorundakı inkişaf hesabına baş verib. Dayanıqlı inkişaf həm də inklüziv olaraq regionların daha da inkişaf etdirilməsini prioritetləşdirir. Bizim monitorinqlər göstərir ki, bu inkişaf üçün regionlara daha çox yerli və xarici sərmayənin cəlb edilməsinə ehtiyac var. Bu gün ən vacib məsələlərdən biri paytaxt və böyük şəhərlərlə müqayisədə bölgələrimizdə sərmayə portfelinin kiçik olmasıdır. Ona görə də sərmayənin cəlb edilməsi üçün bölgələrdə yersiz müdaxilələr aradan qalxmalıdır. Bizim monitorinqlər göstərir ki, bəzi rayonlarda hələ də iş adamlarının fəaliyyətinə yersiz müdaxilələr müşahidə olunur. Bu istiqamətdə institusional islahatların davam etdirilməsi olduqca vacibdir”.

Deputat deyib ki, bəzi ölkələrdə regionların inkişafı ilə bağlı fərqli yanaşmalar var.

“Məsələn, İtaliyada regionların inkişaf etdirilməsi üçün ayrıca güzəştlərin, aşağı dərəcəli vergilərin tətbiqi həyata keçirilir. Burada məqsəd bölgələrə daha çox sərmayənin cəlb edilməsidir, çünki İtaliyanın cənubu və şimalı arasında iqtisadi baxımdan fərq müşahidə olunurdu. Aparılan islahatlarla bölgələrlə iri şəhərlər arasında fərqi aradan qaldırmaq mümkün oldu. Ona görə də İtaliya təcrübəsi də bu kontekstdə Azərbaycan üçün faydalıdır”.

“İşğaldan azad olunmuş ərazilərimizin inkişafı və o cümlədən həm iqtisadiyyatın formalaşması, həm də reinteqrasiyası əsas prioritetlərindəndir” – deyə, V.Bayramov əlavə edib:

“Cənab Prezidentin də əsas tapşırıqlarından biri də Qarabağ və Şərqi Zəngəzurda İqtisadiyyatın formalaşmasında özəl sektorun yaxından iştirakı və dəstəklənməsi ilə bağlıdır. Nəzərə alsaq ki, Qarabağ və Şərqi Zəngəzur üçün 10 illik güzəşt paketi var və sərmayənin cəlb edilməsi ilə bağlı işlər görülür. Nəzərə alsaq ki, azad olunmuş ərazilərimizin Azərbaycan İqtisadiyyatının 8 faizini formalaşdırmaq imkanları var, bu iqtisadiyyatımız üçün əlavə 10 milyard manata yaxın yeni dəyər deməkdi. Ona görə də bu dəyərin formalaşdırılmasında özəl sektorun daha yaxından iştirakı olduqca vacibdir. Bu da ölkə iqtisadiyyatına reinteqrasiyaya imkan verəcək, ölkə iqtisadiyyatının inkişafı üçün vacibdir”.

İqtisadçı Eldəniz Əmirov bildirib ki, Azərbaycanda regionların sosial iqtisadi inkişafına yönəlik bir çox proqramlar qəbul olunub.

“Bu proqramlar daxilində də böyük həcmdə tədbirlər öz əksini tapıb. Bu tədbirlər ardıcıllıqla həyata keçirilir. Sadəcə olaraq azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işlərinin sürətlə aparılması, bura 12 milyard manata qədər vəsatin xərclənməsinə gətirib çıxarıb. Bu da dövlət büdcəsinin hesabına baş verir, investisiya layihələri icra olunur. Bütün bunlar ümumilikdə ölkə iqtisadiyyatına töhfə verməklə yanaşı, eyni zamanda ciddi bir xərc istiqamətidir. Ona görə də düşünürəm ki, regionda iqtisadi inkişafa nail olmaq üçün mütləq şəkildə bir mütənasibliyin qorunmasına ehtiyac var. Yəni bütün diqqəti azad olunmuş ərazilərə yönəldib, digər rayonların sosial-iqtisadi inkişafını kənarda saxlamaq mümkün deyil. Biz dövlət büdcəsinin strukturuna baxanda, digər regionlarda görülən işlərə baxanda görürük ki, hökumət digər regionlarda da sosial iqtisadi inkişafın təmin olunmasına çalışır”.

E.Əmirov qeyd edib ki deyib ki, Azərbaycanın torpaq ehtiyatlarının o qədər də çox olmaması, su ehtiyatının Cənubi Qafqazın cəmi 10 faizinə sahib olması, adambaşına düşən torpaq ehtiyatlarının bölgüyə görə o qədər də ürəkaçan olmaması bir zərurət yaradır ki, intensiv əkinçiliyə və maldarlığa üstünlük verilsin.

“Yəni, gələcək minimum sahədə maksimum məhsul yetişdirənlərindir. Bu prinsip bütün ölkələrin gələcəyinin əsas prinsipidir”.

Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi” mövzusunda hazırlanmışdır.

Paylaş:
630

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər