Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər yolunun yenidən qurulması üçün 7 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər yolunun yenidən qurulması üçün 7 milyon manat ayrılıb

13:23 - 04 / 12 / 2023
Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər yolunun yenidən qurulması üçün 7 milyon manat ayrılıb

Prezident İlham Əliyev Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, Sərəncama əsasən, səksən kilometr uzunluğu olan Suqovuşan‒Sərsəng su anbarı‒Qozlukörpü‒Kəlbəcər avtomobil yolunun yenidən qurulması məqsədilə 17 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş:
356

Son xəbərlər

Bütün xəbərlər