Şuşa‒Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb | 1news.az | Xəbərlər
Rəsmi

Şuşa‒Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb

13:08 - 05 / 12 / 2023
Şuşa‒Laçın yolunun yenidən qurulmasına 6 milyon manat ayrılıb

Prezident İlham Əliyev Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

1news.az xəbər verir ki, qırx bir kilometr uzunluğu olan Şuşa‒Laçın avtomobil yolunun yenidən qurulması məqsədilə 6 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

Maliyyə Nazirliyinə bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etmək, Nazirlər Kabinetinə bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Paylaş:
326

Son xəbərlər

Bütün xəbərlər