“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdə | 1news.az | Xəbərlər
Cəmiyyət

“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdə

11:49 - 05 / 12 / 2023
“Roberto Coin” zərgərlik brendi, Italdizain şirkəti ilə birlikdə

Noyabrın 16-da axşam vaxtı “Roberto Coin” brendi “ITALDIZAIN” şirkəti ilə əməkdaşlıq çərçivəsində Azərbaycan Dövlət Kukla Teatrında “Xəmsə” layihəsinin təqdimatını keçirib.

Bu layihənin ilham mənbəyi müxtəlif şəhərlərin memarlıq üslubu və tarixidir. Tədbir zamanı təqdimat gecəsinin qonaqları “The Architecture of Jewellery” (“Zinət əşyalarının memarlığı”) adlı sənədli filmə tama ediblər. Filmin ana xəttini zinət əşyaları haqqında əhvalatlar, habelə italyan süjetlərinin Bakı şəhərində təcəssümü təşkil edirdi.

Səyahət etmək məşhur italiyalı zərgər və rəssam-dizayner Roberto Koin üçün tükənməz ilham mənbəyidir. Rəssam şəhərə gəzintiyə çıxarkən, həm binaların memarlığında, həm də təbiətdə, eləcə də nəbati motivlər, ornamentlər və çiçəklərdə gizlənmiş əhvalat və hadisələri sanki film seyr edirmiş kimi kəşf edir.

Bir neçə belə səyahət, eləcə də qədim şəhərlərdə sevgi, gözəllik və güc haqqında dolaşan dastanlar Roberto Koinin emalatxanasında yaradılmış dörd kolleksiyada təcəssüm olunub.

“Love in Verona” kolleksiyasının ilham mənbəyi Şekspirin “Romeo və Cülyetta” pyesindəki hadisələrin cərəyan etdiyi yerdir. Kolleksiyadakı hər bir zinət əşyası romantika, sədaqət və əbədi sevgidən bəhs edir.

“Flower Princess” kolleksiyası insan ruhunun ən heyrətamiz tərəfini - əfsanəvilik və mülayimliyi tərənnüm edir. Mahir ustaların toxunuşu ilə açılan çiçəklərdən ibarət bu kolleksiya daim çiçəklənən bir bağın sehridir. “Venetian Princess” nəsildən-nəslə ötürülən qədim əfsanələrin sirrini və cazibəsini xatırladır. “Art Deco” eksperimentlər etmək arzusu ilə eleqantlığın vəhdətini açıqlayır.

“Love in Verona” kolleksiyasının zərifliyi, “Flower Princess” kolleksiyasının fantaziyası, “Art Deco” üslubunun ciddiliyi və “Venetian Princess” kolleksiyasının sirri Bakı şəhərinin zənginliyi və çoxşaxəliliyi ilə vəhdət təşkil edir. Azərbaycan memarlığı “Roberto Coin” zinət əşyalarının daşıdığı ideya və düşüncələri əks etdirirdi. Sehrli dəyişiklik baş verdi: paytaxt Bakı şəhərinin arxitektur ornamentlərinin simmetriyası boyunbağıda əks olundu, flora aləmindən ilhamlanan mürəkkəb çiçək naxışları incə sırğa motivlərinə keçdi və balkon fasadlarının “sınıq” həndəsəsi isə üzüklərin mücərrəd həndəsəsinə çevrildi.

Memarlıq elementləri mədəniyyəti təmsil etsə də, şəhərlər haqqında daha çox danışan insanlardır: Bakının özünəməxsusluğu özünü onun sakinlərində, italyan ustasını kolleksiyalar yaratmağa ruhlandıran qadınlarda büruzə verir. Şəhərin ruhu Roberto Koinin ilham pərilərinin ruh yüksəkliyi, romantikası və xarakterinin gücü ilə vəhdət təşkil edir.

Hər bir qəhrəmanın öz ilham mənbəyi var. Məsələn, “Love in Verona” kolleksiyasının qəhrəmanı İlya Əliyeva üçün bu, kulinariyadır. İlya kulinariya rubrikaları yazır və Azərbaycan mətbəxini dünyada təmsil edirdi. Hazırda öz işinə sadiq qalan bu ilham pərisi bütün şübhə və tərəddüdləri geridə buraxaraq, kulinariya üzrə ustad dərsləri təşkil edən studiya açıb.

“Flower Princess” kolleksiyasının ilham pərisi Mira isə hələ 21 yaşında olan zaman bütün ailə üzvlərinin iradəsinə və cəmiyyətin qınağına baxmayaraq, arzusunun ardınca getdi və DJ-lik öyrənməyə başladı. İndi onun 25 yaşı var və o, səhnəyə qalxır, qulaqlıqlarını taxır və başqalarına musiqi təqdim edərək, həm özünü, həm də ətrafdakı insanları sevindirir.

“Art Deco” kolleksiyasının qəhrəmanı Aysu Mirzəzadə öz dünyagörüşünü saxsı qab-qacaq üzərinə köçürülən sənət vasitəsi ilə ifadə edir. Aysunun yaratdığı əşyalar onlara toxunan insanları ruhlandırır. İlham pərisi özü isə əminliklə deyir ki: “- Sevgi olmadan, heç nə etmək mümkün deyil və məhz sevgi bizi daim hərəkətdə olmağa sövq edir”.

“Venetian Princess” kolleksiyasının ilham pərisi isə geyim və aksessuarlar üzrə dizayner Aysel Sadıqovadır və o, minimalizm, yüksək keyfiyyət və təmiz formalara üstünlük verir. Bütün bunlar onun öz brendini açmasına səbəb oldu və bir vaxt sadəcə 30 santimetr parça üçün pulu olan qız indi məqsədinə çataraq studiya sahibi olub.

“The Architecture of Jewellery” filminin təqdimatından sonra baş rolları ifa edən qəhrəmanlar, yəni Roberto Koinin ilham pəriləri - İlya Əliyeva, Aysel Sadıqova və Aysu Mirzəzadə ilə ictimai söhbət təşkil olundu. Gecənin sonunda caz ifaçısı Rilayə Hüseynzadə öz eksklüziv proqramı ilə çıxış etdi.

Layihə haqqında daha ətraflı məlumat üçün keçid: https://italdizain.az/khamsaproject/

Reklam hüququnda

Paylaş:
176

Son xəbərlər

Apple Macbook Air və Macbook Pro: İş və təhsil üçün mükəmməl noutbuklarBu gün, 17:47Məhkəmə qərarları ilə müsadirə olunmuş narkotik məhv edilibBu gün, 17:31“SAT-SAS-2024” təlimi başa çatıbBu gün, 17:12IX Respublika Fənn Müsabiqələrinin mükafatlandırma mərasimi keçirilibBu gün, 17:06İstedadlı gənclər üçün daha bir fürsət: “Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na qəbul başladıBu gün, 16:41Dekabrda havanın temperaturu iqlim normasına yaxın olacaq - PROQNOZBu gün, 16:31PAŞA Holding-in “Əlaçı” Təqaüd Proqramı fəaliyyətini davam etdirirBu gün, 16:23Bakı metrosu “Həzi Aslanov-Əhmədli” mənzilində qatarların hərəkət cədvəlini açıqlayıbBu gün, 16:21Ölkəyə qanunsuz mobil telefon və aksesuarların gətirilməsinin qarşısı alınıbBu gün, 16:17Yaponiya XİN-in Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi Azərbaycana gəlibBu gün, 16:09Bakıda PR Forum 2024 keçirildi - FOTOBu gün, 15:48Birbank taksit kartı ilə “Trendyol”da 9 aylıq faizsiz taksit fürsətiBu gün, 15:28Bakının daha üç rayonda qarlı havalara hazırlıq işləri müzakirə edilibBu gün, 15:07AZAL Tel-Əviv istiqamətində uçuşları bərpa edirBu gün, 15:02Sabahdan “Bakmil” metrostansiyasına qatarların hərəkət cədvəli dəyişdirilirBu gün, 14:52Ceyhun Bayramov Küveytin yeni səfiri ilə görüşübBu gün, 14:41Sumqayıtda 40 yaşlı kişi kafedə ölübBu gün, 14:28DTX 70 kq qızılla İstanbulda saxlanılan polkovnik-leytenantla bağlı məlumat yaydıBu gün, 13:531987-ci ildən indiyədək Azərbaycanda qeydə alınan İİV xəstələrinin sayı açıqlanıbBu gün, 13:35Müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulu davam edirBu gün, 13:14
Bütün xəbərlər