Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib

Qafar Ağayev21:04 - 07 / 12 / 2023
Azərbaycan 32 erməni hərbçini, Ermənistan isə 2 azərbaycanlı hərbçini azad edib

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı birgə açıqlama yayıb.

1news.az açıqlamanı təqdim edir: “Azərbaycan Respublikası və Ermənistan Respublikası regionda çoxdan gözlənilən sülhün əldə olunması üçün tarixi fürsətin yarandığı fikrini bölüşür. İki ölkə münasibətləri normallaşdırmaq, suverenlik və ərazi bütövlüyü prinsiplərinə hörmət əsasında sülh sazişinə nail olmaq niyyətini bir daha təsdiq edir.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Ermənistan Respublikası Baş nazirinin Aparatı arasında aparılmış danışıqlar nəticəsində iki ölkə arasında etimad quruculuğu istiqamətində ciddi addımların atılmasına dair razılıq əldə olunub.

Humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, Azərbaycan Respublikası 32 erməni hərbçini azad edir.

Ermənistan Respublikası öz növbəsində humanizm dəyərlərini rəhbər tutaraq və xoşməramlı addım olaraq, 2 azərbaycanlı hərbçini azad edir.

Xoş niyyətin təzahürü olaraq, Ermənistan Respublikası BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına Tərəf Dövlətlərin 29-cu Konfransına (COP29) ev sahibliyinə öz namizədliyini geri götürərək, Azərbaycan Respublikasının namizədliyini dəstəkləyir. Azərbaycan Respublikası və Ermənistan Respublikası ümid edirlər ki, Şərqi Avropa Qrupuna daxil olan digər ölkələr də Azərbaycanın namizədliyini dəstəkləyəcək. Xoş niyyətin təzahürü olaraq, Azərbaycan Respublikası Ermənistanın Şərqi Avropa Qrupundan COP-un Büro üzvlüyünə namizədliyini dəstəkləyir.

Azərbaycan Respublikası və Ermənistan Respublikası yaxın gələcəkdə əlavə etimad quruculuğu tədbirlərinin həyata keçirilməsi üçün müzakirələri davam etdirəcəklər və beynəlxalq ictimaiyyəti iki ölkənin qarşılıqlı etimadın yaradılmasına töhfə verəcək, bütün Cənubi Qafqaz regionuna müsbət təsir göstərəcək səylərini dəstəkləməyə çağırırlar”.

Paylaş:
418

Son xəbərlər

Xankəndidə “Bulud” hotelində aparılan təmir-bərpa işləri ilə tanışlıq olubBu gün, 15:37Prezident Ağdam-Əsgəran-Xocalı-Xankəndi avtomobil yolunda aparılan işlərlə tanış olubBu gün, 15:23İlham Əliyev Ağdamın Xıdırlı kəndində görülən bərpa işləri ilə tanış olubBu gün, 15:06İlham Əliyev “Aghdam City Hotel”in açılışında iştirak edibBu gün, 14:33ADY və “Qırğızıstan Dəmir Yolları” birgə səylərini gücləndirirBu gün, 14:24Prezident İmarət Kompleksinin açılışındaBu gün, 14:19Azərbaycanın turizm imkanları Səudiyyə Ərəbistanında silsilə tədbirlərlə tanıdılırBu gün, 14:15Dövlət sərhədini qanunsuz keçməyə cəhd göstərən İran vətəndaşı saxlanılıbBu gün, 14:01Prezident Ağdam Sənaye Parkında Dam örtükləri istehsalı zavodunun açılışında iştirak edibBu gün, 13:42Ağdam Sənaye Parkında Havalandırma, yanğınsöndürmə avadanlıqları və metal məmulatları istehsalı zavodu istifadəyə verilibBu gün, 13:27Sığortaolunanların sayı 2,39% artıbBu gün, 13:25Dövlət başçısı Ağdamda Divar kağızları istehsalı zavodunun açılışındaBu gün, 13:25Ağdamda Avtomatlaşdırma və telemexanika sistemlərinin istehsalı zavodunun açılışı olubBu gün, 13:10“Antiterror tədbirlərinin Ermənistan XİN tərəfindən “etnik təmizləmə” kimi qələmə verilməsi qəbuledilməzdir”Bu gün, 12:51DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQBu gün, 12:44Sabah yağış yağacaq - ProqnozBu gün, 12:34Bakı Fond Birjası yeni brend kimliyini təqdim edibBu gün, 12:28Prezident Ağdamın Kəngərli kəndində aparılan bərpa işləri ilə tanış olubBu gün, 12:16Berlində Məhəmməd Füzulinin 530 illik yubileyinə həsr olunmuş təntənəli tədbir keçirilib - FOTOBu gün, 12:11İlham Əliyev Ağdam rayonunun Eyvazxanbəyli kəndinin təməlqoyma mərasimində iştirak edibBu gün, 11:52
Bütün xəbərlər