Azərbaycan cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb | 1news.az | Xəbərlər
İdman

Azərbaycan cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb

17:45 - 16 / 02 / 2024
Azərbaycan cüdoçusu Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Balabəy Ağayev Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində bürünc medal qazanıb.

1news.az-ın "Report"a istinadən məlumatına görə, 60 kq çəki dərəcəsində mübarizə aparan idmançı həlledici görüşdə Kamoliddin Baxtiyarovu (Özbəkistan) məğlub edib.

Bu gün Azərbaycanın daha 3 cüdoçusu bürünc medal uğrunda görüşə çıxacaq:

Yaşar Nəcəfov (66 kq) – Villian Lima (Braziliya)

Rəşad Yelkiyev (66 kq) – Rüfət Aleskerov (AIN)

Aydan Vəliyeva (52 kq) – Ariane Toro Soler (İspaniya)

Qeyd edək ki, Azərbaycan yığmasının bu gün mübarizəyə qoşulan digər 11 cüdoçusu uğursuz çıxış edib.

Paylaş:
861

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər