Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacaq | 1news.az | Xəbərlər
İdman

Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacaq

16:13 - 19 / 02 / 2024
Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacaq

Azərbaycan Şahmat Federasiyasının (AŞF) prezidenti Mahir Məmmədov AFFA İcraiyyə Komitəsindən ayrılacağını açıqlayıb.

1news.az AZƏRTAC-a istinadən xəbər verir ki, funksioner bu barədə jurnalistlərə açıqlamasında deyib.

Qurum rəhbəri AFFA-nın İcraiyyə Komitəsinin yeni heyətində yer almaq istəmədiyini bildirib: “AŞF-nin qarşısında duran mühüm işləri və istedadlı şahmatçılarımızın günü-gündən artdığını nəzərə alaraq, bütün fikrimi şahmata yönəltmək fikrindəyəm. İcraiyyə Komitəsinin heyətinin kimlərdən ibarət olacağı dəqiq deyil. Amma mən birmənalı olaraq getmək istəyirəm”.

Qeyd edək ki, AFFA-nın Hesabat-Seçki Konfransının martda keçiriləcəyi gözlənilir.

Paylaş:
832

Son xəbərlər

Ucarda kanalda meyit tapılıb

18 / 04 / 2025, 16:27
Bütün xəbərlər