Keniyanın Baş prokuroru Ağdam şəhərinə səfər edib - FOTO | 1news.az | Xəbərlər
Siyasət

Keniyanın Baş prokuroru Ağdam şəhərinə səfər edib - FOTO

16:31 - 22 / 02 / 2024
Keniyanın Baş prokuroru Ağdam şəhərinə səfər edib - FOTO

Baş prokuror Kamran Əliyevin dəvəti ilə Keniya Respublikasının Baş prokuroru Renson Mulele İnqonqanın rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizdə işgüzar səfərdədir.

Baş Prokurorluqdan 1news.az-a bildirilib ki, nümayəndə heyəti Azərbaycanın işğaldan azad edilmiş Ağdam şəhərində səfərdə olub.

Onlar Birinci Qarabağ Müharibəsi dövründə ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini hörmətlə anaraq, xatirə abidəsi önünə gül dəstələri düzüblər.

Qonaqlar Azərbaycanda Prezident İlham Əliyev və birinci vitse-prezident, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın rəhbərliyi ilə aparılan genişmiqyaslı bərpa-quruculuq işlərinin onlarda böyük təəssürat yaratdığını vurğulayıblar.

Nümayəndə heyəti Qarabağ xanı Pənahəli xanın sarayı və ailə üzvlərinin məzarının yerləşdiyi İmarət kompleksində, Cümə Məscidi və Ağdam Dövlət Dram Teatrında aparılan quruculuq bərpa işləri ilə tanış olublar.

Keniyalı prokurorlar yol boyu yaşayış məntəqələri və tarixi-mədəni abidələrdə erməni vandalizminin izlərinin şahidi olublar.

Səfər çərçivəsində nümayəndə heyəti Bərdə Rayon Prokurorluğunun fəaliyyəti ilə tanış olub.

Keniya nümayəndə heyətinin ölkəmizdə səfəri davam edir.

Paylaş:
336

Son xəbərlər

“AzInTelecom” VIII Beynəlxalq Bankçılıq Forumunda - FOTOBu gün, 15:56BŞTİ 329 nömrəli məktəbdə şagirdin bıçaqlanması ilə bağlı məlumat yaydıBu gün, 15:38Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Növbəti köç karvanı Şuşaya çatıbBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29
Bütün xəbərlər