Azərbaycanın turizm imkanları Avstriyada nümayiş etdirilir | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycanın turizm imkanları Avstriyada nümayiş etdirilir

Babək Cahandarov13:13 - 15 / 03 / 2024
Azərbaycanın turizm imkanları Avstriyada nümayiş etdirilir

Dövlət Turizm Agentliyinin təşkilatçılığı ilə Azərbaycanın turizm imkanları martın 14-dən Avstriyanın paytaxtı Vyanada keçirilən və martın 17-də başa çatacaq “Ferien-Messe Wien” sərgisində nümayiş etdirilir.

1news.az agentliyə istinadən xəbər verir ki, sərgidə ölkəmizi Azərbaycan Turizm Bürosu, “Azərbaycan Hava Yolları” QSC, hotel və turizm şirkətləri təmsil edir.

Milli stend ziyarətçilərinə turizm məhsulları üzrə təkliflər, o cümlədən İçərişəhər, Qobustan Qayaüstü İncəsənət Mədəni Landşaftı və Şəki Xan sarayı ilə birlikdə Şəkinin tarixi mərkəzi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş məkanlar haqqında ətraflı məlumat verilir. Həmçinin Azərbaycan şərablarının və şirniyyatlarının dequstasiya keçirilir, Avstriyadakı Azərbaycan Mədəniyyət Mərkəzinin dəstəyi ilə milli rəqslər nümayiş etdirilir və VR (Virtual Reallıq) eynəyi vasitəsilə Azərbaycanın turizm imkanlarını əks etdirən görüntülər təqdim olunur.

“Ferien-Messe Wien” sərgisinin ilk iki günü B2B (Biznesdən biznesə), növbəti günlərdə isə B2C (biznesdən müştəriyə) formatlı görüşlər təşkil olunur.

Milli stendi Azərbaycanın Avstriyadakı səfiri Rövşən Sadıqbəyli ziyarət edib.

Azərbaycan milli mətbəxinin və “Slow Food” təcrübəsinin təbliğatı çərçivəsində Azərbaycanın Avstriyadakı səfirliyinin dəstəyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə martın 13-də Vyana şəhərindəki Modul Universitetində tələbələr üçün “Azərbaycan plovunun hazırlanması” mövzusunda master-klas təşkil olunub.
Tələbələrə, həmçinin reseptlər və lazımi məlumatları əks etdirən açıqcalar təqdim olunub.

Bundan əlavə, Azərbaycanın Avstriyadakı səfirliyinin təşkilatçılığı və xarici turizm sənayesi nümayəndələrinin iştirakı ilə martın 14-də Azərbaycan Mədəniyyət Mərkəzində ölkənin mədəni irsinin qorunub saxlanması və Avstriya tərəfindən göstərilən töhfələrə həsr olunmuş tədbir keçirilib.

Paylaş:
168

Son xəbərlər

ASCO-nun sayca beşinci Dayanıqlı inkişaf haqqında hesabatı dərc olunub16 / 11 / 2024, 22:436 gündür Bakıda COP29 həyəcanı davam edir - FOTOREPORTAJ16 / 11 / 2024, 20:13“Qanlıgöl” sututarında təmir-bərpa işləri aparılıb16 / 11 / 2024, 18:07“Barselona” prezidenti Bakıda16 / 11 / 2024, 17:42Biləsuvar sakini Qubadlıda hündürlükdən yıxılaraq ölüb16 / 11 / 2024, 17:20Bakıda daha iki avtobus marşrutunun fəaliyyəti bərpa edilir16 / 11 / 2024, 17:00İlham Əliyev Müsəlman Ağsaqqalları Şurasının sədrinə başsağlığı verib16 / 11 / 2024, 16:39COP29 ilə Qlobal iqlim diplomatiyası: “Yaşıl enerji” dialoqları16 / 11 / 2024, 16:21İçərişəhərdə uşaqların COP29-a həsr etdikləri ““Planet ilə söhbət” sərgisinin açılışı olub - FOTO16 / 11 / 2024, 16:07Kəmaləddin Heydərov İnam Heydər Maliklə görüşdü16 / 11 / 2024, 15:55ABB mobile tətbiqi ilə karbon izini nəzarətdə saxla! - FOTO16 / 11 / 2024, 15:37Kamran Əliyev Gürcüstanın Baş prokuroru ilə görüşüb16 / 11 / 2024, 15:1420 yaşlı qadın körpəsini itirdi16 / 11 / 2024, 14:55“Brilyant əl” filminin məşhur aktrisası vəfat edib16 / 11 / 2024, 14:29COP29-da Kosmik Agentliklərin Liderlərinin Sammiti keçirilib - FOTO16 / 11 / 2024, 14:12BDU-nun dosenti Feyruz Həsənov vəfat edib16 / 11 / 2024, 13:49Türkiyədə zəlzələ olub16 / 11 / 2024, 13:34Anar Məmmədov Samuxda vətəndaş qəbulunda16 / 11 / 2024, 13:20Tərtərdə polis əməkdaşı vəfat edib16 / 11 / 2024, 12:51Qar yağacaq - Sabahın hava proqnozu16 / 11 / 2024, 12:35
Bütün xəbərlər