Bəzi yerlərə qar yağıb - Azərbaycanda FAKTİKİ HAVA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bəzi yerlərə qar yağıb - Azərbaycanda FAKTİKİ HAVA

Qafar Ağayev17:09 - 25 / 03 / 2024
Bəzi yerlərə qar yağıb - Azərbaycanda FAKTİKİ HAVA

Martın 25-i saat 16:00-a olan məlumata əsasən bölgələrə yağış və qar yağıb.

Bu barədə 1news.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Göygöl, Naftalan, Şəmkir, Tovuz, Ağdam, Ağstafa, Balakən, Oğuz, Qəbələ, Zaqatala, İsmayıllı, Qobustan, Altıağac, Quba, Xaltan, Şabran, Mingəçevir, Yevlax, Göyçay, Zərdab, Kürdəmir, Yardımlıda yağış, Qrız, Şahdağ, Daşkəsən, Gədəbəy, Şəki, Qax, Qusarda qar yağıb.

Şamal-qərb küləyi Bakıda və Abşeron yarımadasında arabir 17 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən, dağlanın hündürlüyü 2.6 metrə çatıb.

Həmçinin, Daşkəsən, Göygöl, Naftalan, Şəmkir, Balakən, Zaqatala, Şamaxı, Qobustan, Quba, Qusar, Qrız, Yevlax, Lerik, Sumqayıtda duman müşahidə olunub.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında və Naxçıvan MR-da 8, Aran rayonlarında 10 dərəcəyədək isti, dağlıq rayonlarda 2 dərəcəyədək şaxta olub.

Paylaş:
367

Son xəbərlər

Bütün xəbərlər