Konqo Prezidenti: Bizim ölkələrimiz arasında çox böyük potensial var | 1news.az | Xəbərlər
Siyasət

Konqo Prezidenti: Bizim ölkələrimiz arasında çox böyük potensial var

Qafar Ağayev13:24 - 04 / 04 / 2024
Konqo Prezidenti: Bizim ölkələrimiz arasında çox böyük potensial var

"Mən, ilk növbədə, Sizə təşəkkürümü ifadə etmək istərdim ki, Siz bizə şərait yaratdınız, biz Sizin gözəl ölkənizi, gözəl şəhərinizi, paytaxtınızı ziyarət edə bildik. Biz uzun müddətdir ki, Bakı haqqında eşitmişik və Sizin dəvətiniz sayəsində biz Azərbaycanı və Bakını ziyarət etdik. Buna görə Sizə bir daha təşəkkürümü ifadə edirəm".

1news.az xəbər verir ki, bu fikirləri Konqo Respublikasının Prezidenti Deni Sassu-Nqesso Prezident İlham Əliyevlə geniş tərkibdə görüşü zamanı deyib.

“Siz bizim təkbətək görüşümüzün icmalını etdiniz. Mən, sadəcə, bir-iki şərh vermək istərdim ki, bizim ölkələrimiz arasında çox böyük potensial var və o, bizim əhalimiz üçün inkişafa töhfə verə bilər. Mən məsələn, qeyd etmişdim ki, bizim ölkəmizin çox böyük kənd təsərrüfatı potensialı var və biz əkin sahələrinin bəlkə də cəmi 3 faizini istifadə edirik, bu da o deməkdir ki, yerdə qalan hamısı istifadə üçün hazırdır. Bizim bol su mənbələrimiz və bütün ilboyu şəfəq saçan Günəşimiz var. Biz bu potensialdan və sizin bu sahədəki böyük təcrübənizdən kənd təsərrüfatımızın inkişafı üçün istifadə edə bilərik. Məsələn, biz Konqoda məhsul istehsal edə və sonra onu ixrac edə bilərik.
Mən, eyni zamanda, bir daha qeyd etmək istərdim ki, bərpaolunan enerji sahəsində də bizim çox böyük potensialımız var, bütün ilboyu Günəşimiz var və Azərbaycanın bu sahədəki zəngin təcrübəsindən yararlana bilərik”, - o əlavə edib.

Paylaş:
352

Son xəbərlər

Ədalət Verdiyev həbs edildiBu gün, 18:19“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıbBu gün, 17:45Səfir məzunu olduğu məktəbdə şagirdlərlə görüşübBu gün, 17:43Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37
Bütün xəbərlər