İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib | 1news.az | Xəbərlər
Siyasət

İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib

Qafar Ağayev13:22 - 06 / 04 / 2024
İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib

Türkiyənin İstanbul şəhərində sənədsiz yaşayan 3623 Azərbaycan vətəndaşına pasport verilib.

1news.az xəbər verir ki, bu barədə Türkiyədə səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov İstanbul valisi Davut Gül ilə görüşündə bildirilib.

İstanbul valisi Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluğunu bildirib, münasibətlərin strateji müttəfiqlik səviyyəsinə çatmasında prezidentlər Rəcəb Tayyib Ərdoğanın və İlham Əliyevin rolunu vurğulayıb.

Dövlət Komitəsinin sədri Türkiyə-Azərbaycan qardaşlığının bütün dünya ölkələrinə nümunə olduğunu söyləyib. Görüş zamanı “1990-cı illərdən etibarən Türkiyə Respublikasına (İstanbul şəhərinə) mühacirət etmiş və hazırda orada yaşayan Azərbaycan Respublikasının vətəndaşı olması ehtimal olunan şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə dair Tədbirlər Planı”nın icrasına dair bir sıra məsələlər müzakirə edilib. Qeyd olunub ki, indiyədək 7093 nəfərin müraciəti cavablandırılıb. Onlardan 3623 nəfərin pasport rəsmiləşdirilməsi və digər xidmət-sorğular həyata keçirilib. Bu prosesdə İstanbul valiliyinin rolu xüsusi vurğulanıb.

Paylaş:
337

Son xəbərlər

Bakının bəzi ərazilərində qaz olmayacaqBu gün, 17:19DİM: İmtahanlarda buraxılış rejimini aparacaq qadın əməkdaşların seçimi üçün müsahibə başlanırBu gün, 17:12Vüqar Rəhimzadə: “Azərbaycan bütün sahələrdə malik olduğu imkanları təqdim etdi”Bu gün, 16:50Bu gün Xalq yazıçısı İmran Qasımovun doğum günüdürBu gün, 16:37Vilayət Eyvazov Balakəndə qəbul keçirəcəkBu gün, 16:36DYP-dən avtomobilini azyaşlılara həvalə edən şəxslərə MÜRACİƏTBu gün, 16:10Azərbaycan Ordusunun qırıcıları şərti hava kəşfiyyatı aparıblar - VİDEOBu gün, 15:38Yeni təcili tibbi yardım stansiyası istifadəyə verildiBu gün, 15:3731 il əvvəl törədilmiş qəsdən adam öldürmə cinayətinin üstü açılıbBu gün, 15:22Nazirlərin, komitə sədrlərinin dekabrda olan qəbul cədvəli açıqlandıBu gün, 15:08Lənkəranda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş veribBu gün, 15:05Gövhər Baxşəliyeva “Şöhrət” ordeni ilə təltif edilibBu gün, 14:42Azərbaycanda yeni bələdiyyələr yaradıldı - SİYAHIBu gün, 14:23“Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik - Prezidentdən SƏRƏNCAMBu gün, 14:14Azad edilmiş ərazilərdə daha 213 mina, 862 PHS aşkarlanıbBu gün, 14:09Yanğın təhlükəsi olan obyektin fəaliyyəti dayandırılıbBu gün, 13:46“Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı 2019-cu ilə nisbətən 1,8 dəfə artıb”Bu gün, 13:37Nazir: Bu il adambaşına düşən ÜDM-in 7200 dollar olacağı gözlənilirBu gün, 13:21MEDİA onlayn media subyektlərinə dəstək üçün müsabiqə elan edibBu gün, 13:13Leysan xarakterli yağış yağacaq - Sabahın havasıBu gün, 13:04
Bütün xəbərlər