Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb | 1news.az | Xəbərlər
Siyasət

Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

17:26 - 08 / 04 / 2024
Qətər Əmiri İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

1news.az xəbər verir ki, təbrikdə deyilir:

"Zati-aliləri.

Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizə Qətər Dövlətinin adından və şəxsən öz adımdan səmimi salamlarımı və təbriklərimi çatdırmaqdan məmnunluq duyuram.

Zati-alinizə möhkəm cansağlığı, firavanlıq, ölkənizə və qardaş xalqınıza daha çox rifah və inkişaf, eləcə də ölkələrimiz arasında ikitərəfli əlaqələrin davamlı inkişafını diləyirəm".

Paylaş:
350

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər