Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır
Azərbaycan və Albaniya arasında viza tələbi aradan qaldırılır.
1news.az xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin bugünkü iclasında müzakirə olunub.
Müzakirələrdən sonra “Azərbaycan Respublikası Hökuməti ilə Albaniya Respublikası Nazirlər Şurası arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında Saziş”in təsdiq edilməsi barədə qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
213