Yasamal polisi əməliyyat keçirdi - 4 kq narkotik ələ keçirilib | 1news.az | Xəbərlər
Cəmiyyət

Yasamal polisi əməliyyat keçirdi - 4 kq narkotik ələ keçirilib

Qafar Ağayev11:55 - 22 / 04 / 2024
Yasamal polisi əməliyyat keçirdi - 4 kq narkotik ələ keçirilib

Yasamal Rayon Polis İdarəsinin 26-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdiyi növbəti tədbir nəticəsində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan 1996-cı il təvəllüdlü Hüseyn Rzayev saxlanılıb.

1news.az DİN-ə istinadən xəbər verir ki, həmin şəxsdən 4 kiloqrama yaxın satış məqsədilə tədarük etdiyi heroin, marixuana və tiryək ələ keçirilib.

H.Rzayevin daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində 26-cı PB-nin əməkdaşları tərəfindən tədbirlər davam etdirilir. Narkotiklərin qanunsuz dövriyyəsinə qarşı mübarizə qətiyyətlə davam etdirilir.

Paylaş:
297

Son xəbərlər

Bütün xəbərlər