Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıb | 1news.az | Xəbərlər
Siyasət

Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıb

Qafar Ağayev13:40 - 23 / 04 / 2024
Elnur Məmmədov Njdenin təlimatlarının Ermənistanda yaşadıldığını BƏM-in hakimlərinin diqqətinə çatdırıb

Xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində “Azərbaycan Ermənistana qarşı” iş üzrə Ermənistanın ilkin etirazları əsasında keçirilən dinləmədə Qaregin Njdenin və onun irqçi ideologiyasının azərbaycanlılara qarşı həyata keçirilən etnik təmizləmələrdəki rolundan danışıb.

1news.az xəbər verir ki, Elnur Məmmədov işğal illərində Ermənistanın Njdenin ideoloji davamçısı olduğunu bəyan edən partiya tərəfindən idarə edildiyini, onun təlimlərinin bu gün də rəsmi səviyyədə yaşadıldığını, müxtəlif erməni faşist qrupları tərəfindən də mənimsədildiyini BƏM-in hakimlərinin diqqətinə çatdırıb.

“İşğal dövründə Ermənistan Ermənistan Respublika Partiyası (ERP) tərəfindən idarə edilib. ERP “Tseğakronizm” ideologiyasının sadiq davamçısıdır və onun əsasını qoyan Qaregin Njdeni ideallaşdırır. ERP hətta bu gün belə Njde “Tsegakronizm” profesiozunun və Milli Birlik Partiyasının ideoloji və siyasi xələfi lduğunu fəxrlə bəyan edir”, - Elnur Məmmədov vurğulayıb.

Nazir müavini qeyd edib ki, ERP-nin ideoloji bazası Njdenin təlimatlarıdır: “Bu təlimatlarda qeyd olunub ki, “güclü və Ari xalq olmaq öz mövcudluğu naminə ölümə məhəl qoymamaq anlamına gəlir” və “Tsegakronizm” irq qanına sitayişi tələb edir və qarışıq evliliklərin əleyhinədir”.

Elnur Məmmədov Njdenin təlimatlarının həmçinin işğalı təşviq etdiyini diqqətə çatdırıb. O, “Tseğakron” ideologiyasından bir neçə sitatı məhkəmənin diqqətinə çatdırıb: “Müasir Ermənistan bizim (ermənilərin) tarixi vətənimizin yalnız 19-da 1 hissəsini əhatə edir… Mən “Tseğakron”am və mən öz irqimin düşmənini, Türkləri məğlub etməliyəm”, - sitatda qeyd olunub.

Elnur Məmmədov onu da qeyd edib ki, Njde bu gün də Ermənistanda milli qəhrəman olaraq qalır. Qeyd edib ki, onun şərəfinə hazırlanmış abidələrdən birinin açılışını 2016-cı ildə Ermənistan Prezidenti edib.

Paylaş:
216

Son xəbərlər

Kamaləddin Qafarov: “Kəlbəcərin azad edilməsi diplomatiyamızın böyük qələbəsi idi”Bu gün, 10:31Bakıda və Abşeron yarımadasında külək 23 metr/saniyəyəyə qədər güclənib - Faktiki havaBu gün, 10:21COP29 çərçivəsində xarici media nümayəndələri İçərişəhəri ziyarət edibBu gün, 10:12FHN: Ötən sutkada 24 yanğına çıxış olub, 2 nəfər xilas edilibBu gün, 10:08AMB ilk dəfə Xankəndidə poçt filialına bank lisenziyası veribBu gün, 09:49Dünya bazarlarında qızıl və gümüş cüzi ucuzlaşıbBu gün, 09:47Bu gündən COP29 zolaqları qüvvəsini itiribBu gün, 09:30AMB günün valyuta məzənnələrini açıqladıBu gün, 09:27Məktəblərdə payız tətili başa çatıbBu gün, 09:14İlham Əliyev Kəlbəcər Şəhəri Günü münasibətilə paylaşım edibBu gün, 09:03AYNA: Bütün marşrut avtobuslarının fəaliyyəti bərpa edilibBu gün, 09:02Bu gün Kəlbəcər Şəhəri GünüdürBu gün, 09:01Bakıda sıxlıq müşahidə edilən küçə və prospektlərBu gün, 08:52COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26
Bütün xəbərlər