Sadır Japarov: İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qurur
Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə parlaq gələcəyini inamla qurur.
1news.az xəbər verir ki, bu fikirləri Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatında bildirib.
“Prezident İlham Əliyevin rəhbərliyi ilə öz parlaq gələcəyini inamla quran, dövlətini möhkəmləndirən qardaş Azərbaycan xalqının uğurlarına sevinirik. Bu gün Dövlətlərarası Şuranın ikinci iclasında Prezidentlə mən prioritet məsələlərlə bağlı danışıqlar apardıq. Görüşün yekunu olaraq ikitərəfli əməkdaşlığın daha da genişləndirilməsinə yönəlmiş qərarlar qəbul edilib. Danışıqlar dostluq və etimad ab-havasında keçib”, - o vurğulayıb.
S.Japarov imzalanmış sənədlər arasında ortamüddətli perspektivdə qarşılıqlı fəaliyyət üçün əsas yol xəritəsi kimi iki respublika arasında əməkdaşlığın inkişafı üzrə 5 illik kompleks proqramı xüsusilə qeyd edib.
O, həmçinin mədəni-humanitar sahədə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.