USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir | 1news.az | Xəbərlər
Rəsmi

USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

14:17 - 17 / 05 / 2024
USTA MƏNƏM!” Peşəkar ustalıq müsabiqəsində iştirak etmək üçün Holcim şirkəti ölkənin ən yaxşı ustaları dəvət edir

Holcim şirkəti qürur hissi ilə “USTA MƏNƏM!” müsabiqəsinin başlandığını elan edir.

Müsabiqə Azərbaycanda suvaq və hörgü işlərində 2024-cü ildə ölkənin ən peşəkar ustasını müəyyən etmək üçün nəzərdə tutulmuşdur. Müsabiqənin əsas tərəfdaşı Azad İqtisadi Zonaların İnkişafı Agentliyinin tabeliyində olan Peşə Təhsili Mərkəzidir.

Bu maraqlı müsabiqə yerli peşəkarlar arasında qabaqcıl sement materialları və innovativ qarışıqlar haqqında bacarıq və məlumatların inkişafına dəstək vermək məqsədi daşıyır.

Müsabiqədə ölkənin bütün bölgələrindən olan ustalar QR kod vasitəsilə onlayn ərizəni dolduraraq və özləri haqqında qısa videonu +99451 250 80 65 (WhatsApp) nömrəsinə göndərməklə qeydiyyatdan keçərək iştirak edə bilərlər. Təşkilatçılar tərəfindən təsdiq zəngindən sonra qeydiyyat tamamlanacaq.

Müsabiqə iki mərhələdən ibarətdir: ölkənin 14 rayonunda keçiriləcək seçim mərhələsinə 400- dən çox usta qatılacaq. Hər mərhələnin 2 yaxşı nəticəsi Bakıda keçirilən final mərhələsinə vəsiqə qazanacaq. Final mərhələsinə çıxan 28 iştirakçı ilin ən yaxşı ustası adı uğrunda mübarizə aparacaq.

Hər bir mərhələdə tapşırıqlar peşəkarlıq, sürət, dəqiqlik və səliqəlilik tələb edir. İşlər kərpicdən arakəsmə divarların tikilməsi və suvaq işlərindən ibarətdir. Texniki tapşırığın şərtləri yerinə yetirmək üçün Holcim sementi və quru qarışıqlardan istifadə ediləcək.

Müsabiqədə iştirak edən bütün iştirakçılara və ziyarətçilər qiymətli hədiyyələrlə mükafatlandırılacaq. Müsabiqənin qalibi isə avtomobilinin sahibi olacaq. Bundan əlavə, ustalara müsabiqə zamanı istifadə olunan tikinti materialları, o cümlədən Holcim şirkətinin kisə sementi və yeni “Tector” quru qarışıqları çeşidi təqdim olunacaq.

Holcim hər kəsi bu maraqlı müsabiqədə iştirak etməyə dəvət edir, çünki Usta Sənsən! Ətraflı məlumat üçün www.holcim.az saytına daxil olun və ya *1010 nömrəsi ilə təşkilatçılarla əlaqə saxlayın.

Reklam hüququnda

Paylaş:
326

Son xəbərlər

Azad olunmuş ərazilərə getmək istəyənlərin NƏZƏRİNƏ: Dekabr üçün biletlər satışa çıxarılacaqBu gün, 15:50Azərbaycanın turizm imkanları Özbəkistanda sərgilənirBu gün, 15:40Sevgilisini bıçaqlayıb maşınla üzərindən keçdiBu gün, 15:37Rusiya-Ukrayna müharibəsində həlak olan azərbaycanlının nəşi 2 ay sonra tapıldıBu gün, 15:11Goranboyda qadın bıçaqlanıbBu gün, 14:55Fuad Axundov COP29-da İrəvan xanlığının tarixindən danışdı - FOTOBu gün, 14:19Qubada iki avtomobil toqquşubBu gün, 14:18İmişlidə ölümlə nəticələnən yol qəzası olubBu gün, 14:02ƏMDX növbəti torpaq hərraclarını elan edibBu gün, 13:51COP 29 çərçivəsində “City for People in Baku” tədbiri keçirilib - FOTOBu gün, 13:45AYNA “Ukrayna dairəsi”ndə yeni layihə hazırlayıbBu gün, 13:10Azərbaycanda Avrasiya Dağ Kurortları Festivalı keçiriləcəkBu gün, 12:50Azərbaycanda 9 ayda aşkarlanıb blokkanan domenlərin sayı açıqlanıbBu gün, 12:35Şənbə günü hava necə olacaq? - PROQNOZBu gün, 12:33Bakıda gənc oğlan faciəli şəkildə ölübBu gün, 12:29İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edibBu gün, 12:09Hava gəmilərinə uçuşların təhlükəsizliyi ilə bağlı nəzarətin həyata keçirilməsi qaydası təsdiqlənibBu gün, 12:04Əmək miqrasiyası kvotasının müəyyən edilməsi Qaydasında dəyişiklik edilibBu gün, 11:45Danimarka rəsmiləri Carlsberg Azerbaijan zavoduna səfər ediblər - FOTOBu gün, 11:37SİMA minlərlə ağacın qorunmasına töhfə verirBu gün, 11:24
Bütün xəbərlər