Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

10:28 - 24 / 05 / 2024
Azərbaycan və Yaponiya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib

Azərbaycan və Yaponiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.

Bildirilib ki, mayın 20-24-də Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov Yaponiyaya səfər edib. Səfər çərçivəsində iki ölkənin XİN rəhbərlərinin siyasi məsləhətləşmələrinin növbəti raundu keçirilib. Siyasi məsləhətləşmələrə Azərbaycan tərəfindən xarici işlər nazirinin müavini Elnur Məmmədov, qarşı tərəfdən isə Yaponiya xarici işlər nazirinin köməkçisinin müavini, Yaponiya Xarici İşlər Nazirliyinin Mərkəzi Asiya, Qafqaz və GUAM üzrə xüsusi nümayəndəsi, səfir Masaki İkeqami rəhbərlik edib.

Siyasi məsləhətləşmələr zamanı ticari-iqtisadi, turizm, energetika, regionlararası əməkdaşlıq, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri müzakirə olunub. İki ölkə arasında mühüm neft və qaz layihələrində əməkdaşlıq müsbət dəyərləndirilib, hər iki ölkənin yaşıl enerjinin istismarı yönündə hədəfləri nəzərə alınmaqla, bu sahədə birgə fəaliyyət perspektivləri nəzərdən keçirilib. Yapon şirkətləri “ağıllı şəhər”, “ağıllı kənd”, o cümlədən “Yaşıl Enerji Zonaları” konsepsiyalarının həyata keçirilməsində yaxından iştirak etməyə dəvət olunub.

Bundan başqa, ölkənin ərazisindən keçən nəqliyyat dəhlizləri, xüsusən də Şərq-Qərb Beynəlxalq Nəqliyyat Dəhlizi barədə müzakirələr aparılıb.

Bundan başqa, səfər çərçivəsində nazir müavini Elnur Məmmədov ilə Yaponiya Nazirlər Kabinetinin baş katibinin müavini Hideki Muray, Yaponiya Beynəlxalq Münasibətlər İnstitutunun (JIIA) Prezidenti səfir Keniçiro Sasae və Yaponiya-Azərbaycan İqtisadi Komitəsinin rəhbəri, ITOCHU şirkətinin xarici əlaqələr üzrə vitse nümayəndəsi Masahiro İmai, həmçinin Yaponiya-Azərbaycan Parlamentlərarası Dostluq qrupunun sədri Akira Amari və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazava arasında görüşlər keçirilib, ikitərəfli münasibətlərin gedişatı və gələcək təfədaşlıq imkanları barədə müzakirələr aparılıb.

Qarşı tərəf Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa və quruculuq işləri barədə məlumatlandırılıb. Həmçinin, nazir müavini Elnur Məmmədov görüşlər zamanı Yaponiya tərəfinə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi çərçivəsində Azərbaycanın fəaliyyəti barədə məlumat verib və Yaponiya xarici işlər nazirinin parlament üzrə müavini Yoiçi Fukazavaya Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən cari il noyabrın 12-13-də COP29-a start verəcək İqlim Fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitində iştirak ilə bağlı Yaponiyanın Baş naziri Fumio Kişidaya ünvanlanmış dəvət məktubunu təqdim edib.

Paylaş:
244

Son xəbərlər

COP29 zamanı hücumlar - Azərbaycana qarşı qarayaxma kampaniyalarının uğursuzluğunun SƏBƏBLƏRİ - ŞƏRH23 / 11 / 2024, 23:08Naxçıvanın Dövlət Energetika Agentliyinin funksiyaları “Azərenerji” və “Azərişığ”a ötürüləcək23 / 11 / 2024, 17:52Emin Əmrullayev Azərbaycan basketbol millisinin üzvləri ilə görüşüb23 / 11 / 2024, 17:44Məktəbəhazırlıq qruplarının və 1-ci siniflərin yerdəyişmə prosesinə start verilir23 / 11 / 2024, 17:28KİV: COP29 nümayəndələri NCQG-ni ildə 300 milyard dollar məbləğində müəyyən etməyi planlaşdırır23 / 11 / 2024, 17:05Prezident müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncam imzalayıb23 / 11 / 2024, 16:31Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi sədrinə yeni müavinlər təyin olundu23 / 11 / 2024, 16:26Sumqayıtın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında xidmətləri olan şəxslər təltif edilib23 / 11 / 2024, 16:24Xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarına ödəmələrin verilməsi Qaydası təsdiqlənib23 / 11 / 2024, 15:57COP29 vaxtı enerji təminatı qüsursuz həyata keçirilib - “Azərenerji” - VİDEO23 / 11 / 2024, 15:35Temperatur 4-8 dərəcə aşağı enəcək - Hava xəbərdarlığı23 / 11 / 2024, 15:29Eksternat imtahanları üçün sənəd qəbulu başlayıb23 / 11 / 2024, 15:22Mehriban Ələkbərzadəyə Çingiz Aytmatov mükafatı təqdim olunub23 / 11 / 2024, 15:21Müdafiə naziri komandirlərin qarşısında konkret tapşırıqlar qoydu23 / 11 / 2024, 15:17Zakir Həsənov xidməti müşavirə keçirdi, tapşırıqlar verdi23 / 11 / 2024, 15:00COP29-da aksiya keçirildi - FOTO23 / 11 / 2024, 14:5070 kiloqram qızılla tutulan azərbaycanlı polkovnik-leytenant imiş - Adı AÇIQLANDI23 / 11 / 2024, 14:29FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb - YENİLƏNİB23 / 11 / 2024, 13:51Allahşükür Paşazadə BMT Sivilizasiyalar Alyansının 10-cu Qlobal Forumunda iştirak edəcək23 / 11 / 2024, 13:23COP29 zolaqları noyabrın 25-dən qüvvədən düşəcək23 / 11 / 2024, 13:19
Bütün xəbərlər