Koreya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib | 1news.az | Xəbərlər
Siyasət

Koreya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

16:28 - 25 / 05 / 2024
Koreya Prezidenti Azərbaycan Prezidentini Müstəqillik Günü münasibətilə təbrik edib

Koreya Prezidenti Yun Sok Yol Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

1news.az-ın məlumatına görə, təbrikdə deyilir:

"Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza ən səmimi təbriklərimi çatdırıram.

Ötən illər ərzində ölkələrimiz arasında güclü əməkdaşlıq və tərəfdaşlıq münasibətləri qurulmuşdur. Bu münasibətlərin inkişaf edərək xalqlarımız arasında dostluq əlaqələrini daha da gücləndirəcəyinə ümidvaram.

Sizə cansağlığı və xoşbəxtlik, Azərbaycan Respublikasına daimi rifah arzu edirəm".

Paylaş:
387

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər