Milli Məclisin yaz sessiyası başa çatıb | 1news.az | Xəbərlər
Siyasət

Milli Məclisin yaz sessiyası başa çatıb

14:07 - 31 / 05 / 2024
Milli Məclisin yaz sessiyası başa çatıb

Milli Məclisin 2024-cü il yaz sessiyası başa çatıb.

1news.az "Report"a istinadən xəbər verir ki, sessiyaya parlamentin bu gün keçirilən plenar iclasında yekun vurulub.

Spiker Sahibə Qafarova bildirib ki, yaz sessiyası dövründə 13 iclas keçirilib, 61 qanun qəbul edilib.

Sədrin sözlərinə görə, həmin müddətdə iki yeni qanun qəbul edilib, 50 qanuna dəyişiklik edilib, 9 beynəlxalq müqavilə təsdiqlənib.

Spiker Sahibə Qafarovanın sədrliyi ilə keçən iclasda Dövlət Himninin səsləndirilməsi ilə sessiya bağlı elan edilib.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, yaz sessiyası fevralın 1-də başlayır və mayın 31-dək davam edir.

Paylaş:
292

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər