Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib | 1news.az | Xəbərlər
Siyasət

Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib

13:03 - 01 / 06 / 2024
Uruqvay Prezidenti dövlət başçısına təbrik məktubu göndərib

Uruqvay Şərq Respublikasının Prezidenti Luis Lakalye Pou Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

1news.az xəbər verir ki, məktubda deyilir:

"Zati-aliləri.

Uruqvay xalqı və hökuməti adından və şəxsən öz adımdan Azərbaycanın Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi, əziz xalqınıza sülh və firavanlıq arzularımı qəbul etməyinizi xahiş edirəm.

Ölkələrimiz arasında çox yaxşı ikitərəfli münasibətlər yaranıb və tam əminəm ki, bu münasibətlər mədəni, siyasi əməkdaşlıq zəminində möhkəmlənəcəkdir.

Cənab Prezident, fürsətdən istifadə edərək Sizə bir daha ən yüksək ehtiramımı ifadə edirəm".

Paylaş:
344

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər