Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb | 1news.az | Xəbərlər
Cəmiyyət

Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb

15:07 - 01 / 06 / 2024
Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb

Xırdabuynuzlu heyvan oğurlayan şəxslər saxlanılıb.

Daxili İşlər Nazirliyindən 1news.az-a verilən xəbərə görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində rayon ərazisində yerləşən fərdi təsərrüfatların birindən xırdabuynuzlu heyvanlar oğurlayan Qismət Şamilov və Surəddin Adıgözəlov saxlanılıblar.

Araşdırmalar zamanı adıçəkilən şəxslərin 7 baş xırdabuynuzlu heyvan oğurlayaraq zərərçəkənə 1850 manat ziyan vurduqları müəyyən edilib.

Faktla bağlı Zərdab RPŞ-də cinayət işi başlanılıb, Q.Şamilov və S.Adıgözəlov barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Paylaş:
295

Son xəbərlər

Bütün xəbərlər