“Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir” | 1news.az | Xəbərlər
Siyasət

“Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”

Qafar Ağayev14:06 - 05 / 06 / 2024
“Macarıstanla əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir”

Biz Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasını keçirdik. İclasda ikitərəfli və yüksək səviyyəli görüşlər, layihələr barədə danışdıq.

1news.az xəbər verir ki, bu sözləri xarici işlər naziri Ceyhun Bayramov Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.

O bildirib ki, iki ölkənin Xarici İşlər nazirliklərinin və hökumətlərarası komissiyanın iclası mütəmadi şəkildə keçirilir.

Nazir qeyd edib ki, Azərbaycan ilə Macarıstan arasında BMT, NATO, ATƏT, Türk Dövlətləri Təşkilatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın xüsusi əhəmiyyəti var.

Paylaş:
318

Son xəbərlər

Sabahın hava proqnozu

24 / 05 / 2025, 13:02

Azərbaycan nefti bahalaşıb

24 / 05 / 2025, 10:50
Bütün xəbərlər