Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər | 1news.az | Xəbərlər
Siyasət

Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər

14:23 - 05 / 06 / 2024
Peter Siyarto: Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər

Avropada əksər liderlər Azərbaycan Prezidenti ilə eyni platformada durmaq istəyirlər.

AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Azərbaycan ilə Macarıstan arasında Strateji Dialoqun 2-ci iclasının nəticələrinə dair birgə mətbuat konfransında söyləyib.

O deyib: “Dünya yenidən bloklara bölünə bilər. Bu da hər kəs üçün problem yarada bilər. Biz isə əməkdaşlığa köklənmək istəyirik. Azərbaycan-Macarıstan münasibətləri buna ən böyük nümunədir. Ölkələrimiz arasında etimad mühiti mövcuddur”.

Macarıstanın Azərbaycanla strateji xarakter daşıyan münasibətlərin daha da inkişafında maraqlı olduğunu qeyd edən Peter Siyarto vurğulayıb: “Bu xüsusda mövcud potensialdan istifadə zəruridir. İkitərəfli iqtisadi komissiya üzrə aparılan işlərdən məmnunuq. Avropanın enerji təhlükəsizliyində Azərbaycanın önəmli rolu vardır. Azərbaycan Macarıstanın da enerji təhlükəsizliyində önəmli aktordur”.

Paylaş:
241

Son xəbərlər

Yardımlıda zəlzələ olub

19 / 04 / 2025, 17:16
Bütün xəbərlər