Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo Prezidentinə təqdim edib | 1news.az | Xəbərlər
Siyasət

Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo Prezidentinə təqdim edib

Qafar Ağayev10:55 - 07 / 06 / 2024
Azərbaycan səfiri etimadnaməsini Trinidad və Tobaqo Prezidentinə təqdim edib

Azərbaycanın iqamətgahı Braziliya şəhərində olmaqla, Trinidad və Tobaqodakı səfiri Rəşad Novruz etimadnaməsini bu ölkənin Prezidenti Kristin Karla Kanqaluya təqdim edib.

1news.az xəbər verir ki, görüş çərçivəsində ölkələrimiz arasında münasibətlərin inkişafında hər iki tərəfin maraqlı olduğu qeyd edilmiş və bu istiqamətdə mövcud perspektivlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfir R.Novruz daha sonra ölkə Parlamentində Senatın sədri Naycl de Freitas və Nümayəndələr Palatasının sədri Bricit Annisette-Corc tərəfindən qəbul edilmişdir. Görüşdə iki ölkə arasında parlamentlərarası əlaqələr müzakirə edilib.

R.Novruz həmçinin, səfər çərçivəsində ölkənin xarici və CARİCOM işləri naziri, ticarət və sənaye naziri ilə, o cümlədən Enerji və Energetika Sənayesi Nazirliyində görüşlər keçirib. Görüşlərdə iki ölkə arasında müvafiq sahələr üzrə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmış, mümkün əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.

Paylaş:
277

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər