BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyir | 1news.az | Xəbərlər
Siyasət

BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyir

17:01 - 10 / 06 / 2024
BMT-nin Əhali Fondu demoqrafiya ilə bağlı məsələlərdə Azərbaycan hökuməti ilə tərəfdaşlığını təsdiqləyir

Səhiyyə Nazirliyində BMT-nin Əhali Fondunun (UNFPA) Azərbaycan üzrə ölkə direktoru Məryəm Xan ilə görüş keçirilib.

Nazirliyin mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, səhiyyə naziri Teymur Musayev Azərbaycanın BMT-nin müxtəlif ixtisaslaşmış strukturları, həmçinin UNFPA ilə səmərəli əməkdaşlıq etdiyini vurğulayıb. Teymur Musayev Azərbaycanın BMT-nin Əhali Fondu ilə bir sıra sahələrdə, o cümlədən səhiyyə sahəsində də səmərəli əməkdaşlığını qeyd edib.

Nazir, həmçinin bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ölkəmizin ev sahibliyi edəcəyini vurğulayıb. Azərbaycanda 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsini diqqətə çatdıran Teymur Musayev, cari ildə milli və qlobal səviyyədə həyata keçirilən bir sıra tədbirlərin iqlim dəyişikliyinin mənfi təsirlərinə həsr olunduğunu bildirib.

Sonda nazir Azərbaycan ilə BMT-nin Əhali Fondunun birgə fəaliyyətinin gələcəkdə də səmərəli şəkildə inkişaf edəcəyinə əminliyini ifadə edib.

Məryəm Xan Azərbaycan ilə bu təşkilat arasında əldə olunan tərəfdaşlıq səviyyəsini yüksək qiymətləndirib. Onun sözlərinə görə, UNFPA demoqrafiya ilə bağlı məsələlərə, gender bərabərliyinin təşviqi və qadınların sağlamlığının qorunmasına yönələn çoxşaxəli təşəbbüslərində Azərbaycan hökuməti ilə uzunmüddətli tərəfdaşlığa sadiqliyini bir daha təsdiqləyir.

Məryam Xan, həmçinin Azərbaycanı COP29-un ev sahibliyi edəcəyi münasibətilə təbrik edib. Onun sözlərinə görə, cari il üçün prioritet COP29 konfransına hazırlıqları dəstəkləmək məqsədilə BMT-nin Əhali Fondunun müqayisəli üstünlüyünə uyğunlaşdırılan iqlim dayanıqlılığı səylərinə veriləcək.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Paylaş:
282

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər