Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”

12:53 - 10 / 06 / 2024
Kamaləddin Qafarov: “Azərbaycan Misirin dəstəyini həmişə yüksək qiymətləndirir”

“Azərbaycan-Misir münasibətlərinin qədim tarixi kökləri var. Hələ sovet dönəmində Azərbaycanla Misir arasında mehriban dostluq əlaqələri olub. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələr keyfiyyətcə yeni səviyyəyə yüksəlib. Afrika qitəsinin şimal-şərqində yerləşən Misir Ərəb Respublikası 1991-ci il dekabrın 26-da Azərbaycanın müstəqilliyini tanıyıb. 1993-cü ildə qarşılıqlı diplomatik əlaqələrin yaradılması haqqında protokola əsasən Misirin Bakıda, 1994-cü ilin yanvarında isə Azərbaycanın Qahirədə səfirlikləri açılıb”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Deputat bildirib ki, müasir Azərbaycan-Misir əlaqələrinin formalaşmasında həlledici amil kimi çıxış edən mühüm məqamlardan biri də Ermənistan-Azərbaycan münaqişəsinin həlli məsələsində Misirin Azərbaycanın ərazi bütövlüyünü həmişə dəstəkləməsi və üzv olduğu beynəlxalq təşkilatlarda ölkəmizin ədalətli mövqeyini daim müdafiə etməsidir. “ Bu gün Azərbaycanda ticarət, sənaye və xidmət sahələrində Misir investisiyalı 10-dan çox şirkət fəaliyyət göstərir və iki ölkə arasında ticarət əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var.”

K.Qafarov qeyd edib ki, ki, Prezident İlham Əliyevin iyun ayının 7-də Misir Ərəb Respublikasına rəsmi səfəri ölkələrimiz arasında münasibətlərin inkişafına böyük töhfə verəcək: “Cənab Prezident İlham Əliyev Qahirəyə rəsmi səfər çərçivəsində iyunun 8-də Misirin paytaxtında mətbuata bəyanatla etdiyi çıxışında bildirdi ki, ölkələrimiz arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır və bu dialoq bundan sonra da davam etdiriləcək. Diqqətəlayiq haldır ki, bütün beynəlxalq məsələlərdə Misir və Azərbaycanın fikirləri üst-üstə düşür. Hər iki ölkə beynəlxalq təşkilatlar çərçivəsində fəal çalışır, o cümlədən BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində fəal əməkdaşlıq edir, habelə İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində birgə səylər göstərilir. Dövlətimizin başçısı Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik etdiyi dörd il ərzində daim Misirin ölkəmizə dəstək verdiyini xüsusi qeyd etdi. Azərbaycanın sədrliyi nəticəsində Qoşulmama Hərəkatı daha böyük imkanlara malik olmuşdur. Azərbaycanın Hərəkata sədrliyi dövründə daim diqqət mərkəzində saxlanılan məsələlərdən biri də Fələstin-İsrail münasibətlərinin tənzimlənməsi və müstəqil Fələstin Dövlətinin yaradılması ilə bağlı olub. Cənab Prezident bu xüsusda dövlətimizin prinsipial mövqeyini bir daha vurğulayaraq bildirdi ki, müstəqil Fələstin Dövləti qurulmalıdır, Şərqi Qüds onun paytaxtı olmalıdır. Azərbaycan hər zaman bütün dünyada sülhün tərəfdarı və təbliğatçısı kimi çıxış edib. Dövlət başçımız Misirdə verdiyi bəyanatında da bir daha bildirdi ki, Qəzzada yaşanan faciə tezliklə dayandırılmalı, müharibəyə son qoyulmalı və bütün məsələlər danışıqlar yolu ilə həll olunmalıdır” .

Paylaş:
242

Son xəbərlər

BŞTİ 329 nömrəli məktəbdə şagirdin bıçaqlanması ilə bağlı məlumat yaydıBu gün, 15:38Suriyada gərginlik artır: Müxaliflər irəliləyir, rejim əks hücuma hazırlaşırBu gün, 15:16Növbəti köç karvanı Şuşaya çatıbBu gün, 15:08Tacikistan Prezidenti İlham Əliyevə zəng edibBu gün, 14:59İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan vətəndaşından 682 qram qızıl aşkarlanıbBu gün, 14:42İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOBu gün, 14:30Ədliyyə Nazirliyinin Strateji planlaşdırma və monitorinq baş idarəsinə rəis təyin edilib - DOSYEBu gün, 14:02Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə 2 mükafata layiq görülübBu gün, 13:53Türkiyənin Antalya şəhəri yaxınlığında 4,6 bal gücündə zəlzələ olubBu gün, 13:25ADY bu ilin 11 ayında baş verən toqquşmaların sayını açıqladıBu gün, 13:20Lionel Messi komanda yoldaşları ilə birlikdə Bakıya gəlirBu gün, 12:50Kolleclərdə monitorinq keçirilib, nöqsanlar aşkarlanıbBu gün, 12:41Yağış yağacaq, külək əsəcək - Sabahın havasıBu gün, 12:24Laborator analizlərin nəticələrini “mygov” rəqəmsal hökumət platformasından əldə etmək mümkündürBu gün, 12:23Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayıbBu gün, 12:02Nazirlər Kabineti kiçik elektrik nəqliyyat vasitələrinə dair qərar veribBu gün, 11:57Nazir: 100 min uşaq üçün əlavə məktəbəqədər təhsil müəssisələrinin açılması nəzərdə tutulurBu gün, 11:43İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edibBu gün, 11:40Bakıda 6 nəfərin 33 min manatı dələduzluqla ələ keçirməkdə şübhəli bilinən şəxslər saxlanılıbBu gün, 11:29Ali Məhkəmə vergi mübahisələri üzrə ərazi aiddiyyətini müəyyənləşdirdiBu gün, 11:17
Bütün xəbərlər