“Aİ-92” benzinin və dizelin qiyməti artırılır? | 1news.az | Xəbərlər
Cəmiyyət

“Aİ-92” benzinin və dizelin qiyməti artırılır?

16:00 - 25 / 06 / 2024
“Aİ-92” benzinin və dizelin qiyməti artırılır?

Azərbaycanda “Aİ-92” markalı benzin və dizelin bahalaşacağı bildirilir

1news.az xəbər verir ki, bu barədə şəbəkələrdə qeyd olunur

Bildirilir ki, qiymət artımı çox olmayacaq.

Həmçinin vurğulanır ki, “Aİ-92” markalı benzinin keyfiyyəti yüksək deyil və nisbətən ucuzdur.

“Faktiki olaraq aşağı qiymətlə daxili bazarda elektromobillərə keçidi ləngidirik. Bu, ilk baxışdan paradoksal görünsə də, uzunmüddətli perspektivdə bu növ yanacaqların bahalaşması həqiqətən də sərfəlidir” - deyə, sosial şəbəkələrdə qeyd olunur.

Qeyd edək ki, hazırda ölkədə “Aİ-92” markalı benzinin 1 litrinin pərakəndə satış qiyməti 1 manat, dizelinki isə 80 qəpikdir.

Paylaş:
4742

Son xəbərlər

Bütün xəbərlər