Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir” | 1news.az | Xəbərlər
Siyasət

Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir”

09:16 - 25 / 06 / 2024
Kamaləddin Qafarov: “Uğurlu enerji siyasəti böyük şirkətləri Azərbaycana cəlb edir”

“Məlum olduğu kimi, Bakı Enerji Həftəsi bu gün artıq təkcə regionda deyil, eləcə də bütün dünyada enerji sektorunda ən önəmli qlobal beynəlxalq platformalardan biri hesab olunur. Bu beynəlxalq tədbir hər il Xəzəryanı regionun əsas neft-qaz layihələrinin müzakirəsi və enerji təhlükəsizliyinin təmin olunması məqsədilə ən yüksək səviyyəli rəhbər işçiləri öz platformasında bir araya gətirir”.

Bu sözləri mətbuata açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Deputat bildirib ki, Ölkə Prezidenti cənab İlham Əliyevin 21 iyun tarixində “Euronews”un efirində yayımlanmış müsahibəsində qeyd olunduğu kimi, bu tədbir öncə Xəzər Neft və Qaz Sərgisi və Konfransı adını almışdı. “Sonradan Azərbaycan bərpaolunan enerji sahəsində işə başladı və tədbir fərqli sektorları əhatə edən Bakı Enerji Həftəsinə çevrildi. Bu gün Bakı Enerji Həftəsində dünyanın 37 ölkəsini təmsil edən iştirakçılar qısa müddət ərzində Azərbaycanda hər istiqamətdə - neft, təbii qaz və indi isə yaşıl enerji sahələrində əldə olunmuş uğurları görə bilirlər. Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır. Azərbaycan COP zamanı və ondan sonra sədrliyi davam edəcəyi dövrdə elə müsbət mühit qurmaq istəyir ki, ölkələr və şirkətlər bir-biri ilə istəklə işləsin və qarşılıqlı iddiaları kənara qoysunlar”.

K.Qafarov Prezident İlham Əliyevin müsahibəsində bir sıra önəmli məqamların yer aldığını vurğulayaraq deyib:

“İlk növbədə, cənab Prezident öz müsahibəsində bir daha xatırlatdı ki, Xəzər neft-qaz sərgisi ilk dəfə 1994-cü ildə keçirilib və o vaxtdan bəri Azərbaycanın enerji sektoruna birbaşa xarici sərmayənin cəlb edilməsində çox vacib rol oynayır. Bakı Enerji Həftəsi enerji siyasətinin neft, qaz, emal, ixrac və əlbəttə ki, yaşıl enerji də daxil olmaqla bütün seqmentlərini əhatə edir. Bu gün Azərbaycanda çox yaxşı sərmayə mühiti mövcuddur. Ölkə ənənəvi enerjidən əldə etdiyi gəlirləri hazırda bərpaolunan enerjiyə yönəldir. Təbii ki, cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən uğurlu enerji siyasəti bu sektorda dünya liderləri olan böyük şirkətləri Azərbaycana cəlb edir. Hazırda ölkəmizin “Masdar”, ACWA Power” və BP kimi böyük tərəfdaşları var. İşlərin həcmi getdikcə artıq və Azərbaycan milli enerji şəbəkəsini gücləndirir. Çünki ölkə mümkün qədər çox enerjini qəbul etmək iqtidarında olmalıdır. Bunun üçün ötürülmə xətləri ilə bağlı qonşu ölkələrlə fəal çalışmalar aparılır. Azərbaycanın özünə planlaşdırılan qədər bərpaolunan enerji lazım deyil və bu səbəbdən də əsas hədəf məhz ixracdır. Dövlət başçımızın dediyi kimi, bərpaolunan enerjidən istifadəyə olduqca düşünülmüş yanaşma tətbiq edilməlidir ki, elektrik enerjisi maksimum istehsal olunsun və nəticədə qənaət edilmiş təbii qaz əsasən indi Avropaya lazım olan qaydada nəql olunsun” .

Paylaş:
314

Son xəbərlər

Lüksemburq parlamentinin qəbul etdiyi sənəd yararsız kağız parçasından başqa bir şey deyil - ŞƏRH21 / 11 / 2024, 20:24Azərbaycan XİN Pakistana başsağlığı verib21 / 11 / 2024, 17:42Hesablama Palatası: Dəfn müavinəti üçün tələb olunan vəsaitin məbləğinə yenidən baxıla bilər21 / 11 / 2024, 17:23Xaçmazdakı qəzada ölən və yaralananların şəxsiyyəti müəyyən edilib - YENİLƏNİB21 / 11 / 2024, 17:17Mikayıl Cabbarov “PowerChina Resources Ltd.” şirkətinin prezidenti ilə görüş keçirdi21 / 11 / 2024, 16:59COP29-u dünyaya və ölkəyə çatdıran media nümayəndələri - FOTOREPORTAJ21 / 11 / 2024, 16:54Dövlət Tərcümə Mərkəzi və Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi ləğv edilir21 / 11 / 2024, 16:53Gəncədə qadın sirkə içib öldü21 / 11 / 2024, 16:43Leyla Əliyeva COP29 çərçivəsində nadir canlıların mühafizəsinə həsr olunan panel müzakirələrində iştirak edib21 / 11 / 2024, 16:24Antoni Quterreş Bakıda iqlim maliyyəsi ilə bağlı çağırış etdi21 / 11 / 2024, 16:10Gömrük orqanlarına xidmətə qəbul üçün müsabiqə elan edilib21 / 11 / 2024, 16:02Adil Kərimli İranın mədəni irs, turizm və sənətkarlıq naziri ilə görüşüb21 / 11 / 2024, 15:47“Rhenus Group” beynəlxalq logistika xidmətləri şirkəti ADY ilə əməkdaşlıqda maraqlıdır21 / 11 / 2024, 15:44Ceyhun Bayramov misirli həmkarı ilə ikitərəfli və çoxtərəfli əlaqələri müzakirə edib21 / 11 / 2024, 15:39Elm və təhsil naziri Balakəndə vətəndaşların müraciətlərini dinləyəcək21 / 11 / 2024, 15:06Pirşağı dairəsində müvəqqəti işıqforlar quraşdırıldı21 / 11 / 2024, 14:45İsmail Belen: Meşələr iqlim dəyişikliyi ilə mübarizədə önəmli rol oynayır21 / 11 / 2024, 14:20Mikayıl Cabbarov Yanq Tianfu ilə görüşüb21 / 11 / 2024, 14:14Azərbaycanda yaşıl texnologiyalar əsasında iki yeni data mərkəzi tikiləcək21 / 11 / 2024, 13:56Lənkəranda avtomobil qadını vurub öldürdü21 / 11 / 2024, 13:46
Bütün xəbərlər