Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb | 1news.az | Xəbərlər
Dünya

Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb

16:59 - 29 / 06 / 2024
Türkiyə hərbçiləri İraq və Suriyada 10 terrorçunu öldürüb

Türkiyə Silahlı Qüvvələri İraq və Suriyanın şimalında keçirdiyi antiterror əməliyyatı nəticəsində PKK terror qruplaşmasının 10 üzvünü öldürüb.

1news.az “Report”a istinadən xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.

Bildirilib ki, İraqın şimalında "Pence-kilit" əməliyyat bölgəsində təsbit edilən 6 terrorçu, Suriyanın şimalında “Fırat kalkanı” və “Zeytun budağı” bölgələrində isə müəyyən edilmiş 4 PKK/YPG üzvü öldürülüb.

Paylaş:
922

Son xəbərlər

Tovuzda minik maşını aşıb

17 / 04 / 2025, 14:24
Bütün xəbərlər