Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib - Nazirlikdən AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib - Nazirlikdən AÇIQLAMA

Qafar Ağayev11:06 - 01 / 07 / 2024
Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib - Nazirlikdən AÇIQLAMA

Azərbaycan Ordusunun zabiti Şərbətov Pərviz Əliqulu oğlu məzuniyyətdə olarkən səhhətində qəfil yaranan narahatlığa görə Goranboy rayon Mərkəzi Xəstəxanasına aparılan zaman kəskin ürək-damar, ağciyər çatışmazlığı ilkin diaqnozu ilə vəfat edib.

1news.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.

Allah rəhmət eləsin!

Paylaş:
205

Son xəbərlər

Bütün xəbərlər